Müəllimlərin maaşı artacaq, amma hamının yox
15 Noyabr 2026, 07:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
388
10.09.2026, 11:23
AZCON Holding şirkətlərindən olan “AzInTelecom” MMC media nümayəndələri üçün “Qələmdən süni intellektə” mövzusunda təlim təşkil edib.
Oxu24.com xəbər verir ki, 40-a yaxın jurnalistin iştirak etdiyi təlimdə AzInTelecom-un rəqəmsal xidmətlər sahəsindəki fəaliyyəti və müasir texnoloji həlləri diqqətə çatdırılıb. Şirkətin Azərbaycanın rəqəmsal inkişafındakı strateji rolu, milli data mərkəzləri, superkompüter infrastrukturu və kibertəhlükəsizlik xidmətləri barədə məlumat verilib. Bundan başqa, SİMA ekosistemindəki ən son yeniliklər, funksionallıqlar və platformanın rəsmi maskotu “Simi” təqdim edilib. Daha sonra ənənəvi mətbuatdan rəqəmsal kommunikasiyaya keçid mövzusunda jurnalistlərə təlim keçirilib.
İnteraktiv formatda baş tutan təlimdə media nümayəndələrini maraqlandıran suallar cavablandırılıb və geniş fikir mübadiləsi aparılıb. Tədbirin sonunda jurnalistlər üçün mini viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.
Qeyd edək ki, AzInTelecom-un bu təşəbbüsü media nümayəndələrinin informasiya-kommunikasiya texnologiyaları sahəsində məlumatlılığını artırmaq, həmçinin ölkəmizdə rəqəmsal xidmətlərə dair informasiyaların daha geniş işıqlandırılmasına dəstək olmaq məqsədi daşıyır.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.