İbad Hüseynov saxlanılmasının səbəbini açıqladı: "Məhkəməyə verəcəm"
24 Oktyabr 2026, 23:16
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
637
08.09.2026, 12:25
İran ərazisindən keçən Araz dəhlizinin dəmir yolu komponentinin tamamlanması Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında daha etibarlı və alternativ nəqliyyat bağlantısının yaradılmasına geniş imkanlar açır. Bu strateji marşrutun istifadəyə verilməsi regionda kommunikasiyaların bərpası və nəqliyyat şəbəkəsinin şaxələndirilməsi baxımından müstəsna əhəmiyyət kəsb edir. Yeni dəmir yolu xəttinin Zəngəzur dəhlizi layihəsinə necə təsir edəcəyi və iki marşrutun bir-birini əvəz edib-etmədiyi məsələsi ekspertlər tərəfindən yaxından izlənilir. Mütəxəssislərin fikrincə, Araz dəhlizi Zəngəzur dəhlizini əvəzləməkdən daha çox, onu tamamlayan paralel və səmərəli xətt rolunu oynayır. Beləliklə, Azərbaycan Naxçıvanla eyni anda iki fərqli marşrut vasitəsilə dayanıqlı və təhlükəsiz əlaqə qurmaq imkanı əldə edir. Bu proses eyni zamanda regional təhlükəsizlik və iqtisadi inteqrasiya baxımından da yeni reallıqlar formalaşdırır.
Mövzu ilə bağlı politoloq Fikrət Sadıqov Oxu24.com-a açıqlamasında bildirib ki, reallıq odur ki, bizim Azərbaycan hissəsi ilə, əsas hissəsi ilə Naxçıvan arasında birləşdirən yol, marşrut Zəngəzur dəhlizidir. Və bununla bağlı keçən il Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ arasında müəyyən razılıq da əldə olunub:
“Bu özü-özlüyündə müsbət bir amildir və biz bu istiqamətdə işləri ümumiyyətlə görürük və düşünürəm ki, yaxın gələcəkdə bu dəhliz açılacaq.
Eyni zamanda, biz Araz dəhlizinin dəmir yolu hissəsindən də imtina etməmişik və biz hesab edirik ki, bu da bir paralel yoldur. Biz bundan səmərəli şəkildə istifadə edəcəyik və bu özü-özlüyündə o deməkdir ki, bizim Azərbaycanla, Azərbaycanın, daha doğrusu, əsas hissəsi ilə Naxçıvan arasında faktiki olaraq iki yol olacaq, iki marşrut olacaq”.
Politoloqun sözlərinə görə, Azərbaycanın maraqlarına cavab verən bir amildir.
Və eyni zamanda Ermənistanın da maraqlarına cavab verir, çünki bu faktiki olaraq Zəngəzur dəhlizi Ermənistan ərazisindən keçir.
O qeyd edib ki, vaxtilə İran narahat idi ki, bu dəhliz İranla Ermənistan arasında sərhədi bağlayır:
“Amma deyirdilər ki, orada hərbi şirkətlər, hərbi bazalar yerləşdiriləcək, onlar İranın əsas hədəfinə çevriləcək. Ermənistan subut edə bildi ki, orada ancaq mülki şirkətlər olacaq və İrana heç bir təhlükələr və risklər yaranmayacaq".
Çimnaz Telmanqızı
23:16 / 24 Oktyabr 2026
96
22:52 / 24 Oktyabr 2026
80
22:34 / 24 Oktyabr 2026
76
22:14 / 24 Oktyabr 2026
72
22:05 / 24 Oktyabr 2026
240
21:42 / 24 Oktyabr 2026
1254
21:28 / 24 Oktyabr 2026
81
21:12 / 24 Oktyabr 2026
85
21:07 / 24 Oktyabr 2026
81
20:52 / 24 Oktyabr 2026
81
20:34 / 24 Oktyabr 2026
85
20:31 / 24 Oktyabr 2026
789
20:12 / 24 Oktyabr 2026
90
20:05 / 24 Oktyabr 2026
95
19:55 / 24 Oktyabr 2026
87
19:40 / 24 Oktyabr 2026
91
19:09 / 24 Oktyabr 2026
121
18:55 / 24 Oktyabr 2026
88
18:40 / 24 Oktyabr 2026
101
18:27 / 24 Oktyabr 2026
98
18:20 / 24 Oktyabr 2026
358
18:13 / 24 Oktyabr 2026
491
18:07 / 24 Oktyabr 2026
89
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.