5 BÜRC şanslı olacaq
14 Noyabr 2026, 23:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
590
08.09.2026, 10:02
Şamaxı Dövlət Regional və Astara Pedaqoji kolleclərinin rəhbər heyətinə yeni təyinatlar olub.
Oxu24.com xəbər verir ki, bu barədə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Bildirilib ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Lətifə Sadıqova Şamaxı Dövlət Regional Kollecinə tərbiyə işləri üzrə, Fatimə Məmmədova isə Astara Pedaqoji Kollecinə tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilib.
Lətifə Sadıqova Azərbaycan Dövlət Pedaqoji Universitetində “Riyaziyyat və informatika müəllimliyi” ixtisası üzrə bakalavr təhsili alıb, hazırda ADA Universitetində “Təlim və tədrisin təşkili metodikası” ixtisası üzrə magistratura təhsilini davam etdirir. 2021-ci ildən Qobustan şəhər A. Çernyayevski adına 1 nömrəli tam orta ümumtəhsil məktəbində riyaziyyat və rəqəmsal bacarıqlar müəllimi kimi fəaliyyət göstərib.
2025-ci ildən son təyinatadək Bakı İlahiyyat Kollecində riyaziyyat və informatika müəllimi kimi çalışıb. Rəqəmsal bacarıqların tədrisi və STEAM layihəsi üzrə bir çox təlimlərdə iştirak edib. Həmçinin, Dağlıq Şirvan Regional Təhsil İdarəsi tərəfindən keçirilən ümumi təhsil müəssisələrinin direktor müavinlərinin işə qəbulu müsabiqəsində uğurlu nəticə göstərib.
Fatimə Məmmədova Bakı Slavyan Universitetində “Rus dili və ədəbiyyatı” ixtisası üzrə bakalavr təhsili alıb. Bundan əlavə, 2023–2026-cı illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Menecment” ixtisası üzrə ikinci bakalavr təhsili alıb.
Bir sıra özəl təhsil müəssisələrində, həmçinin Bakı İstanbul Liseyində rus dili və ədəbiyyatı fənninin tədrisi ilə məşğul olub. Təhsilalanların inkişafının qiymətləndirilməsi, tədris proqramlarının hazırlanması və qrup idarəetməsi istiqamətlərində fəaliyyət göstərib.
23:59 / 14 Noyabr 2026
122
23:51 / 14 Noyabr 2026
65
23:47 / 14 Noyabr 2026
77
23:33 / 14 Noyabr 2026
81
23:23 / 14 Noyabr 2026
244
23:16 / 14 Noyabr 2026
78
23:05 / 14 Noyabr 2026
331
23:01 / 14 Noyabr 2026
175
22:28 / 14 Noyabr 2026
750
22:19 / 14 Noyabr 2026
95
21:55 / 14 Noyabr 2026
116
21:32 / 14 Noyabr 2026
140
21:22 / 14 Noyabr 2026
180
21:11 / 14 Noyabr 2026
752
21:04 / 14 Noyabr 2026
910
21:02 / 14 Noyabr 2026
130
20:56 / 14 Noyabr 2026
667
20:50 / 14 Noyabr 2026
138
20:38 / 14 Noyabr 2026
134
20:23 / 14 Noyabr 2026
1332
19:54 / 14 Noyabr 2026
122
19:50 / 14 Noyabr 2026
127
19:36 / 14 Noyabr 2026
2044
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.