Azərbaycanda həkim vəfat etdi
15 Noyabr 2026, 12:55
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
413
06.09.2026, 14:16
Dövlət İmtahan Mərkəzi (DİM) 2026-cı ildə keçirilmiş buraxılış imtahanlarında üzrlü səbəbdən iştirak edə bilməyən 9-cu və 11-ci sinif şagirdləri, o cümlədən eksternat qaydasında imtahan verənlər üçün sentyabrın 6-da əlavə imtahan keçirib.
Oxu24.com xəbər verir ki, bu barədə DİM məlumat yayıb.
Bildirilib ki, bundan başqa, Azərbaycan dili (dövlət dili kimi) imtahanlarında iştirak edə bilməyən şagirdlər də qeyd olunan imtahanı veriblər.
İmtahanlar Bakı, Naxçıvan, Gəncə və Şirvan şəhərlərində təşkil olunub.
İmtahanların idarə olunması üçün 8 imtahan rəhbəri, 7 ümumi imtahan rəhbəri, 47 nəzarətçi, 6 buraxılış rejimi (mühafizə) əməkdaşı və 7 bina nümayəndəsi ayrılıb.
İmtahanda 388 şagirdin iştirakı nəzərdə tutulurdu.
İmtahanda 8 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, eşitmə əngəlli və digər) şagird də iştirak edib. Onların rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib. Hərəkət məhdudiyyətli şagirdlərin bina və zala daxil olması və hərəkəti üçün də şərait yaradılıb.
İmtahan nəticələri 5 gün ərzində elan olunacaq.
12:55 / 15 Noyabr 2026
79
12:36 / 15 Noyabr 2026
164
12:28 / 15 Noyabr 2026
75
12:11 / 15 Noyabr 2026
88
11:52 / 15 Noyabr 2026
127
11:43 / 15 Noyabr 2026
80
11:29 / 15 Noyabr 2026
100
11:20 / 15 Noyabr 2026
93
11:20 / 15 Noyabr 2026
99
11:10 / 15 Noyabr 2026
94
11:07 / 15 Noyabr 2026
558
10:50 / 15 Noyabr 2026
101
10:25 / 15 Noyabr 2026
255
10:21 / 15 Noyabr 2026
102
10:18 / 15 Noyabr 2026
99
10:12 / 15 Noyabr 2026
131
09:35 / 15 Noyabr 2026
494
07:35 / 15 Noyabr 2026
203
05:50 / 15 Noyabr 2026
152
01:35 / 15 Noyabr 2026
165
01:10 / 15 Noyabr 2026
184
23:59 / 14 Noyabr 2026
376
23:51 / 14 Noyabr 2026
201
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.