"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
10964
30.08.2026, 17:10
“Məhəbbət bir bəladır, giriftar olmayan bilməz. Yəqin Polad Bülbüloğlu da məhəbbətə giriftar olub. Ataların misalı var: “Ağ at arpa yeyər, qara at saman”. İndiyədək özündə təpər, güc-qeyrət tapıb belə bir sevgiyə düşübsə, Allah xoşbəxt eləsin. Amma, vallah, nə deyim... Sözün qısası, üç nöqtə”.
Bunu Musavat.com-a açıqlamasında Xalq artisti, tanınmış kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov deyib. O, millət vəkilinin üçüncü dəfə evlənməsi ilə bağlı xəbərə belə reaksiya verib: “Özünü “elita” adlandıran bu zümrə üçün həmin dəyərlər əsas götürülmür. Bu cür mənəvi dəyərlər, əxlaq və mənəviyyat meyarları biz kənd uşaqları, kəndçilər üçündür.
Hər halda Polad müəllim kimi cəmiyyətdə tanınan, uzun illər Azərbaycanı müxtəlif ölkələrdə, eləcə də parlamentin Mədəniyyət komitəsinin sədri kimi müxtəlif vəzifələrdə təmsil edən bir şəxs 81 yaşında öz məhəbbətini tapıbsa, Allah onu xoşbəxt eləsin qoşa qarısınlar".
Qeyd edək ki, Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar və müğənni, ictimai-siyasi xadim Polad Bülbüloğlunun şəxsi həyatı ilə bağlı mediada məlumat yayılıb. Bildirilir ki, sənətçi və diplomat üçüncü dəfə ailə həyatı qurub. Məlumata görə, Polad Bülbüloğlunun həyat yoldaşı Azərbaycanın Əməkdar artisti, tanınmış rəqqasə və pedaqoq Eteri Cəfərovadır. Xalq artistinin ikinci həyat yoldaşı Gülnarə Şıxəliyeva isə açıqlamasında məlumatı nə təkzib edib, nə də təsdiq.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.