ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1597
30.08.2026, 14:39
Avqustun 29-da saat 17:00-da Şəki rayonunun Baş Zəyzid kəndinin dağlıq ərazisində Niderland vətəndaşının köməyə ehtiyacı olması barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının "Şəki" sərhəd dəstəsinə məlumat daxil olub.
Oxu24.com xəbər verir ki, bu barədə DSX məlumat yayıb.
Müəyyən edilib ki, turizm məqsədilə avqustun 26-da Frankfurt-Bakı aviareysi ilə Azərbaycana gələn Niderland vətəndaşı avqustun 29-da səhər saatlarında Şəki rayonunun dağlıq ərazisində piyada yürüşə çıxıb.
Baş Zəyzid kəndinin Çələngi yaylağı istiqamətində hərəkət edən turist itlərin hücumuna məruz qalaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Ağır yaralanan şəxsin təxliyəsi məqsədilə Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri Komandanlığının helikopteri ilə dərhal əraziyə DSX-nin tibb heyəti və xilasetmə qrupu göndərilib.
Dəniz səviyyəsindən 2 000 metr yüksəklikdə, qaranlıq hava şəraitində və çətin dağlıq relyefdə həyata keçirilən təxirəsalınmaz xilasetmə əməliyyatı nəticəsində köməksiz vəziyyətdə qalan Niderland vətəndaşına hadisə yerində ilkin tibbi yardım göstərilib.
Başından və bədənindən çoxsaylı açıq yara xəsarətləri alan turist operativ şəkildə helikopterlə Şəki Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və təcili əməliyyat olunub.
00:15 / 03 Noyabr 2026
1
00:15 / 03 Noyabr 2026
8
00:06 / 03 Noyabr 2026
39
23:44 / 02 Noyabr 2026
54
23:39 / 02 Noyabr 2026
63
23:38 / 02 Noyabr 2026
37
23:37 / 02 Noyabr 2026
82
23:32 / 02 Noyabr 2026
75
23:28 / 02 Noyabr 2026
75
23:24 / 02 Noyabr 2026
73
23:19 / 02 Noyabr 2026
110
23:12 / 02 Noyabr 2026
82
23:05 / 02 Noyabr 2026
98
23:05 / 02 Noyabr 2026
95
22:55 / 02 Noyabr 2026
236
22:48 / 02 Noyabr 2026
191
22:44 / 02 Noyabr 2026
84
22:27 / 02 Noyabr 2026
105
22:25 / 02 Noyabr 2026
100
22:22 / 02 Noyabr 2026
86
22:18 / 02 Noyabr 2026
101
22:09 / 02 Noyabr 2026
84
22:08 / 02 Noyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.