"Anam məktəb direktoru idi, amma dərsə buraxılmadım"
13 Oktyabr 2026, 03:05
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
3129
30.08.2026, 12:08
Orta aylıq pensiyanın 10,5 faiz artaraq 594,4 manata çatması ilə bağlı xəbərdən sonra sosial şəbəkələrdə vətəndaşların narazılığı müşahidə olunur. Bir çoxları bildirir ki, bu artım onların aldığı pensiya, maaş və müavinətlərdə öz əksini tapmayıb. Vətəndaşlar həmçinin artan ərzaq və digər xərclər fonunda gəlirlərinin dəyişməməsindən şikayətlənirlər.
Bəs orta aylıq pensiyanın artması konkret vətəndaşların gəlirlərinə nə dərəcədə təsir edir? Pensiya və maaşlarda növbəti artım nə zaman gözlənilir?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan iqtisadçı Vüsalə Əhmədova deyib ki, vətəndaşların “orta aylıq maaş və ya pensiya artırılıb, amma mənim maaşım və ya pensiyam dəyişməyib” deməsi tamamilə əsaslı iraddır:
Oxu: FHN əhaliyə müraciət edib
“Çünki “orta aylıq əməkhaqqı” ölkədə müxtəlif əməkhaqlarının statistik göstəricisidir. Yəni şəxsin maaşının həmin faizlə artması demək deyil. Orta əməkhaqqı göstəricisi pensiyalar baxımından yalnız hüquqi əhəmiyyət daşıyır. Çünki “Əmək pensiyaları haqqında” Qanunun 29.1-ci maddəsində, əmək pensiyasının sığorta hissəsinin ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulub”.
İqtisadçı bildirib ki, nominal artım ilə real artım arasında ciddi fərq var:
“Əgər pensiya 10 faiz artırılırsa və həmin dövrdə ərzaq, dərman, kommunal, geyim, xidmətlər və digər xərclər 80 faiz artırsa, belə olan şəraitdə insanların sosial rifahının yüksəlməsindən bəhs edə bilmərik. Məsələn, pensiya 9,3 faiz artırılıb, amma həmin şəxsin yalnızca əsas xərcləri 35-50 faiz bahalaşıbsa, pensiyaçının real alıcılıq qabiliyyəti təbii ki, aşağı düşəcək. İnsanların real gəliri inflyasiyanı üstələmir.
Ən doğru artım necə olmalıdır sualına belə cavab verə bilərəm ki, pensiya və maaşların artım faizi ilə inflyasiya və faktiki istehlak səbətinin qiymət artımı uyğunlaşdırılsın”.
İqtisadçının fikrincə, pensiya və maaş yanvar ayında artırıla bilər:
“Böyük ehtimalla pensiyaların yenidən yanvarın 1-dən indeksləşdirilməsi mexanizmi işləyəcək. Çünki qanunda əmək pensiyasının ildə bir dəfə orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun indeksləşdirilməsi nəzərdə tutulur. Əməkhaqlarının artırılması isə dövlət sektorunda ayrıca qərar və ya sərəncam, büdcə imkanları, tarif və vəzifə maaşlarında dəyişiklik, həmçinin minimum əməkhaqqının artırılmasına bağlıdır. Təkrar qeyd edim ki, pensiyanın nominal olaraq 8-10 faiz artırılması bir pensiyaçı üçün heç nə ifadə etməyəcək. Məsələn, 600 manat pensiya 10 faiz artaraq 660 manat olsa və həmin şəxsin əsas istehlak xərcləri eyni müddətdə 40-50 faiz artsa, alıcılıq qabiliyyəti yenə də faktiki olaraq azalacaq. Pensiya və minimum əmək haqqını inflyasiyaya uyğun artırmaq üçün ayrıca mexanizm qurulmalıdır. Bu mexanizm vətəndaşın alıcılıq qabiliyyətinin inflyasiya qarşısında qorunmasına daha yaxşı xidmət edəcək”.
03:05 / 13 Oktyabr 2026
36
01:20 / 13 Oktyabr 2026
102
00:44 / 13 Oktyabr 2026
686
00:38 / 13 Oktyabr 2026
174
00:35 / 13 Oktyabr 2026
507
00:33 / 13 Oktyabr 2026
120
00:13 / 13 Oktyabr 2026
146
00:08 / 13 Oktyabr 2026
286
00:07 / 13 Oktyabr 2026
213
00:05 / 13 Oktyabr 2026
160
23:56 / 12 Oktyabr 2026
112
23:49 / 12 Oktyabr 2026
207
23:46 / 12 Oktyabr 2026
988
23:32 / 12 Oktyabr 2026
145
23:25 / 12 Oktyabr 2026
122
23:17 / 12 Oktyabr 2026
163
23:16 / 12 Oktyabr 2026
125
23:14 / 12 Oktyabr 2026
219
23:04 / 12 Oktyabr 2026
99
23:04 / 12 Oktyabr 2026
1319
23:01 / 12 Oktyabr 2026
151
22:54 / 12 Oktyabr 2026
148
22:43 / 12 Oktyabr 2026
157
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.