ANS-in məşhur aparıcısı niyə efirdən uzaq düşüb? - AÇIQLAMA
03 Noyabr 2026, 00:15
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
249
27.08.2026, 13:30
Ətraf mühitin qorunması və ekoloji tarazlığın bərpa edilməsi müasir dövrün ən qlobal çağırışlarından biridir. Son illərdə Azərbaycanda da cəmiyyətin ekoloji maariflənmə səviyyəsində və gündəlik davranış vərdişlərində ciddi dəyişikliklər hiss olunur.
Məktəbdə və ailədə düzgün ekoloji tərbiyənin formalaşdırılması ətraf mühitin mühafizəsində həlledici rola malikdir. Hər bir vətəndaşın gündəlik həyatında atdığı kiçik, lakin təsirli ekoloji addımlar ümumi təbiəti qorumaq zəncirinin vacib halqasını təşkil edir.
Cəmiyyətimizdə ekoloji məsuliyyət hissinin böhran anlarında deyil, məhz tərbiyə və maariflənmə prosesində yaranması böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə həm dövlət qurumları, həm də vətəndaş cəmiyyəti institutları tərəfindən ardıcıl layihələr həyata keçirilməkdədir.
Xüsusilə sosial şəbəkələrdə aparılan təbliğat işləri və kənd yerlərində tullantıların idarə olunması sahəsindəki irəliləyişlər diqqət çəkir. Bütün bunlarla yanaşı, ekologiya sahəsində kadr hazırlığı və məktəblərdə tədrisin praktiki tərəflərinin gücləndirilməsi hələ də aktuallığını qoruyur.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən ekoloq Rövşən Abbasov cəmiyyətdəki mövcud durumu və görülməsi vacib olan işləri belə dəyərləndirib:
“15-20 il əvvəllə müqayisədə ciddi irəliləyişlər var. Əgər biz 15-20 il geriyə qayıdıb Azərbaycanda ekoloji maariflənmə səviyyəsini müqayisə etsək, dəqiq statistik ölçü olmasa da, həm sosial şəbəkələrdən, həm də insanların gündəlik davranışlarından kifayət qədər irəliləyişlərin olduğunu görə bilərik. Əvvəllər ictimai yerlərdə siqaret çəkmək, siqaret kötüyünü və ya su qabını haraya gəldi tullamaq adi həyat tərzi idisə, bu gün artıq bu cür mənfi hallarla qarşılaşmırıq”.
Onun sözlərinə görə, cəmiyyətin maariflənməsində müvafiq dövlət qurumlarının, vətəndaş cəmiyyətinin və müxtəlif sosial şəbəkə səhifələrinin rolu çox böyükdür:
“Həyata keçirilən layihələr artıq öz müsbət nəticələrini verir. Hətta kənd yerlərində də tullantıların idarə olunması istiqamətində mühüm irəliləyişlər var. Əvvəllər yolların kənarında plastiklər, torbalar qalaqlanırdısa, bu gün belə mənzərələr xeyli azalıb”.
Məktəblərdə verilən ekoloji tərbiyəyə toxunan ekspert vurğulayıb ki, tədris proqramları daha tətbiqi xarakter daşımalıdır:
“Məktəblərin bu prosesdə rolu əvəzsizdir. Lakin tədris proqramını daha praktiki istiqamətə yönəltmək lazımdır. Tullantılar, onların düzgün idarə olunması və təbiətə vurduğu ziyan barədə şagirdlərə daha dərin və praktiki biliklər ötürülməlidir”.
Rövşən Abbasov sahə üzrə kadr hazırlığındakı problemlərə də diqqət çəkib:
“Bu sahədə kadr hazırlığı mütləq yaxşılaşdırılmalıdır. Çox təəssüf ki, bu gün ətraf mühitin idarə olunması və ekologiya ilə bağlı ixtisaslar bəzən lazımi prioritet təşkil etmir. Hətta ali məktəblərdə bu ixtisaslar üzrə qəbul yerlərinin boş qaldığı hallar olur. Bu cür hallara yol vermək olmaz. Ekologiya prioritet sahə olmalıdır ki, gənclərimiz bu biliklərə yiyələnərək Azərbaycanda tullantıların idarə edilməsi və ekoloji tərbiyənin yüksəldilməsində aktiv iştirak edə bilsinlər”.
Çimnaz Telmanqızı
01:55 / 03 Noyabr 2026
49
00:25 / 03 Noyabr 2026
116
00:20 / 03 Noyabr 2026
207
00:15 / 03 Noyabr 2026
153
00:15 / 03 Noyabr 2026
101
00:06 / 03 Noyabr 2026
193
23:44 / 02 Noyabr 2026
183
23:39 / 02 Noyabr 2026
104
23:38 / 02 Noyabr 2026
90
23:37 / 02 Noyabr 2026
130
23:32 / 02 Noyabr 2026
103
23:28 / 02 Noyabr 2026
104
23:24 / 02 Noyabr 2026
177
23:19 / 02 Noyabr 2026
135
23:12 / 02 Noyabr 2026
110
23:05 / 02 Noyabr 2026
125
23:05 / 02 Noyabr 2026
117
22:55 / 02 Noyabr 2026
392
22:48 / 02 Noyabr 2026
324
22:44 / 02 Noyabr 2026
102
22:27 / 02 Noyabr 2026
132
22:25 / 02 Noyabr 2026
114
22:22 / 02 Noyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.