Temperatur 8 dərəcə enəcək - Xəbərdarlıq
25 Avqust 2026, 16:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
35
25.08.2026, 17:03
Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin müasir tələblərə cavab verən yeni binasının istifadəyə verilməsi iki ölkə arasındakı strateji tərəfdaşlığın təhsil müstəvisindəki növbəti uğurlu addımıdır. Azərbaycan və Özbəkistan dövlət başçılarının sarsılmaz dostluğu və siyasi iradəsi nəticəsində inkişaf edən ikitərəfli əlaqələr bütün sahələrdə olduğu kimi, elm və təhsil sferasında da öz müsbət bəhrələrini verir. Nizami Gəncəvi kimi dahi mütəfəkkirin adını daşıyan alim ocağının infrastrukturunun yenilənməsi ortaq mədəni-elmi irsimizə gələcək nəsillər üçün verilən yüksək dəyərin bariz göstəricisidir. Yaradılan müasir akademik şərait pedaqoji kadr hazırlığı, tələbə-müəllim mübadiləsi və birgə elmi tədqiqatlar üçün tamamilə yeni imkanlar açır. Bu addım Türk dünyasında inteqrasiya edən müasir təhsil mühitinin və ortak akademik gələcəyin inkişafına qoyulan mühüm bir sərmayə kimi qiymətləndirilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli bildirib ki, Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin yeni və müasir binasının istifadəyə verilməsi, ilk növbədə, sadə bir infrastruktur yeniliyi deyil. Bu layihə Azərbaycan və Özbəkistan arasında günü-gündən dərinləşən strateji və mənəvi tərəfdaşlığın təhsildəki növbəti parlaq təzahürüdür:
“Xüsusilə cənab Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sarsılmaz dostluğu, liderlik iradəsi və dövlətlərarası münasibətlərə verdikləri xüsusi önəm bu cür tarixi layihələrin real müstəvidə həyata keçməsini təmin edir. Dövlət başçılarının yaratdığı bu möhkəm siyasi zəmin iki ölkənin elm və təhsil camiəsi üçün də geniş üfüqlər açır”.
Ekspertin sözlərinə görə, böyük Azərbaycan mütəfəkkiri Nizami Gəncəvinin adını daşıyan belə köklü bir ali təhsil ocağının infrastrukturunun yenilənməsi iki qardaş xalqın ortaq mədəni-elmi irsinə verilən böyük dəyərin göstəricisidir:
“Yaradılan bu müasir akademik şərait real təhsil prosesinə tamamilə yeni nəfəs gətirəcək. Bu gün təhsil sistemlərinin qarşısında duran əsas vəzifə yeni dövrün tələblərinə cavab verən müasir müəllim kadrlarını yetişdirməkdir. Universitetin yeni imkanları Azərbaycanın pedaqoji yönümlü ali məktəbləri ilə Özbəkistanın pedaqogika mütəxəssisləri arasında müasir təlim metodologiyalarının bölüşülməsi, ikili diplom proqramlarının tətbiqi, tələbə-müəllim mobilliyinin artırılması və ortaq yay məktəblərinin təşkili üçün unikal bir platformaya çevriləcək”.
Əmrah Həsənli qeyd edib ki, eyni zamanda, nizamşünaslıq, türkolologiya və müasir pedaqogika istiqamətində birgə elmi tədqiqatların aparılması, müştərək dərslik və monoqrafiyaların ərsəyə gətirilməsi üçün böyük zəmin yaradılır:
“Nəticə etibarilə düşünürəm ki, bu addım təkcə bir təhsil müəssisəsinin yenilənməsi deyil, liderlərimizin uzaqgörən siyasəti sayəsində Türk dünyasında inteqrasiya edən müasir təhsil mühitinin və ortaq akademik gələcəyin inşasına qoyulan mühüm bir sərmayədir”.
Məsələyə münasibət bildirən digər təhsil eksperti Qoşqar Məhərrəmov da layihənin iki ölkə arasındakı akademik əlaqələrə gətirəcəyi dividentləri diqqətə çatdırıb:
“Son dövrlərdə hər bir sahədə — istər müxtəlif sənaye sektorlarında, istər turizm, səhiyyə, istərsə də təhsil sahəsində Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın sürətlə gücləndiyini müşahidə edirik. Təhsil sahəsində aparılan qarşılıqlı təcrübə və fikir mübadiləsinin məntiqi yekunu olaraq, ali təhsil sistemində dərin əməkdaşlıqların qurulması gözlənilən idi. Özbəkistanda Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetinin yeni binasının istifadəyə verilməsi də məhz bu uğurlu əməkdaşlığın müsbət nəticələrindən biridir”.
Ekspert qeyd edib ki, əgər Özbəkistan və Azərbaycan universitetləri arasında ikili diplom proqramları, tələbə, müəllim və elm adamlarının mübadiləsi gerçəkləşərsə, bu, hər iki tərəf üçün böyük fayda verəcək. Tərəflər bir-birinin müsbət təcrübələrindən bəhrələnə, uğurlu modelləri öz ali məktəblərinə tətbiq edə bilərlər.
Qoşqar Məhərrəmov vurğulayıb ki, beynəlxalq əlaqələr hər zaman müsbət qiymətləndirilməlidir; çünki söhbət yalnız qabaqcıl təcrübələrin öyrənilməsindən getmir, həm də mədəni əlaqələrin qurulması, gedilən ölkənin öyrənilməsi və doğru addımlardan dərs çıxarılaraq yerli mühitə uyğunlaşdırılmasından gedir:
“Azərbaycanda Özbəkistan dövlətinin dəstəyi ilə tikilən məktəbin mövcudluğu necə təqdirə layiqdirsə, Özbəkistanda da Azərbaycanın bu cür layihələrdə yer alması və Nizami Gəncəvi adını daşıyan universitetin imkanlarının genişləndirilməsi bir o qədər qürurvericidir”.
Sonda ekspert əlavə edib ki, bu addım müəllim hazırlığı, ixtisaslı kadrların təkmilləşdirilməsi, elmi məqalələrin yazılması və müştərək tədqiqatların aparılması baxımından böyük perspektivlər və ümidlər vəd edir. Rektorluqlar səviyyəsində imzalanacaq memorandumlar və real mübadilə proqramları universitetin adına layiq nəticələr verəcəkdir.
Çimnaz Telmanqızı
16:59 / 25 Avqust 2026
22
16:59 / 25 Avqust 2026
26
16:45 / 25 Avqust 2026
35
16:38 / 25 Avqust 2026
31
16:35 / 25 Avqust 2026
45
16:29 / 25 Avqust 2026
55
16:25 / 25 Avqust 2026
56
16:12 / 25 Avqust 2026
60
15:53 / 25 Avqust 2026
59
15:40 / 25 Avqust 2026
62
15:34 / 25 Avqust 2026
62
15:30 / 25 Avqust 2026
70
15:15 / 25 Avqust 2026
67
14:59 / 25 Avqust 2026
65
14:40 / 25 Avqust 2026
77
14:32 / 25 Avqust 2026
78
14:25 / 25 Avqust 2026
76
14:16 / 25 Avqust 2026
67
14:10 / 25 Avqust 2026
77
13:55 / 25 Avqust 2026
78
13:47 / 25 Avqust 2026
74
13:30 / 25 Avqust 2026
81
13:15 / 25 Avqust 2026
107
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.