Bərdədə ağır yol qəzası: Ölən və xəsarət alanlar var
14 Sentyabr 2026, 23:13
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
242
24.08.2026, 14:00
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Milli Kibertəhlükəsizlik Agentliyinin (MKA) əməkdaşları tərəfindən açıq mənbələr üzrə aparılan monitorinq zamanı “MilliÖn” ödəniş sisteminin adından və vizual üslubundan istifadə etməklə həyata keçirilən fişinq kampaniyası aşkarlanıb.
Oxu24.com xəbər verir ki, bu barədə ETX məlumat yayıb.
Bildirilib ki, bu saxta kampaniya çərçivəsində istifadəçilərə 1 AZN müqabilində 5 GB mobil internet və 80 dəqiqə danışıq paketi təklif edilir. Bu məqsədlə “MilliÖn”ün rəsmi səhifələrini təqlid edən million-az.shop və millionaz.site domenlərində saxta ödəniş səhifələri yaradılıb. Səhifələrdə istifadəçidən kart sahibinin adı və soyadı, kart nömrəsi, kartın bitmə tarixi, CVV kodu, telefon nömrəsi və digər məlumatlar tələb olunub.
MKA-nın apardığı texniki təhlil nəticəsində müəyyən edilib ki, səhifələrdə daxil edilən məlumatların real ödəniş sisteminə, prosessinq mərkəzi və ya bank şlüzünə ötürülməsini göstərən mexanizm mövcud deyil. Əksinə, mənbə kodunda istifadəçinin daxil etdiyi məlumatların saytın idarəedici skripti vasitəsilə üçüncü tərəfə, o cümlədən “Telegram” xidmətinə ötürülməsini təmin edən funksiya aşkarlanıb. Bu isə resursların əsas məqsədinin ödəniş qəbul etmək deyil, bank kartlarının rekvizitlərini toplamaq olduğunu göstərir.
Araşdırma zamanı müəyyən edilib ki, eyni yanaşma yalnız “MilliÖn” adı ilə məhdudlaşmır. “AzərPay” adı altında yaradılmış saxta hesab və domenlərdə də oxşar məzmunlu kampaniya həyata keçirilib. Müxtəlif reklam materiallarının müqayisəsi zamanı eyni şablon və strukturdan istifadə olunduğu, əsasən brend elementlərinin dəyişdirildiyi müəyyən edilib. Bununla yanaşı, “Ulduz Pay” adı ilə yaradılmış saxta hesab vasitəsilə də “millionaz.site” domeninə keçid yerləşdirilib.
MKA-nın monitorinqi nəticəsində kampaniya ilə əlaqəli internet-million.online, miillion.online, millionngb.com və azerpay-az-gb.site.je domenləri də aşkarlanıb.
23:50 / 14 Sentyabr 2026
111
23:31 / 14 Sentyabr 2026
39
23:13 / 14 Sentyabr 2026
65
22:51 / 14 Sentyabr 2026
86
22:40 / 14 Sentyabr 2026
74
22:25 / 14 Sentyabr 2026
189
22:16 / 14 Sentyabr 2026
66
22:13 / 14 Sentyabr 2026
207
22:03 / 14 Sentyabr 2026
84
21:59 / 14 Sentyabr 2026
141
21:48 / 14 Sentyabr 2026
61
21:39 / 14 Sentyabr 2026
57
21:33 / 14 Sentyabr 2026
70
21:28 / 14 Sentyabr 2026
82
21:11 / 14 Sentyabr 2026
71
20:58 / 14 Sentyabr 2026
743
20:42 / 14 Sentyabr 2026
175
20:34 / 14 Sentyabr 2026
479
20:19 / 14 Sentyabr 2026
72
20:10 / 14 Sentyabr 2026
194
19:55 / 14 Sentyabr 2026
116
19:45 / 14 Sentyabr 2026
505
19:34 / 14 Sentyabr 2026
161
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.