Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
181
31.07.2026, 20:56
Mənzil alan vətəndaşların sonradan üzləşdiyi əsas problemlərdən biri də sahə uyğunsuzluğudur. Belə ki, bəzi hallarda müqavilədə göstərilən mənzil sahəsi ilə faktiki ölçülər arasında ciddi fərq yaranır. Nəticədə alıcı ödədiyi kvadratmetrin hamısını əldə edə bilmir və maddi zərərə düşür.
Mövzu ilə bağlı “Oxu24.com ”a danışan əmlak eksperti Elnur Azadov bildirib ki, bu, Azərbaycanda mülkiyyət sahəsində, xüsusilə də tikinti şirkətləri ilə bağlı ən ciddi problemlərdən biridir. O vurğulayıb ki, ölkədə 2500-dən çox inşa edilmiş bina var və bu məsələ həmin binaların əksəriyyətində müşahidə olunub.
“Tikinti şirkətləri layihələndirmə apararkən mənzil sahəsini sənədlərdə çöl divarları ilə birlikdə, yəni tikinti sahəsi kimi hesablayırlar. Daha sonra həmin layihə sənədləri əsasında broşürlər hazırlanır və satış komandaları bu cizgi planlarına uyğun olaraq mənzillərin satışını həyata keçirirlər. Satış başa çatdıqdan sonra, bina istər natamam, istərsə də tam tikilmiş vəziyyətdə olsun, mənzil sahibləri öz mənzillərini qəbul edərkən ölçmə işi aparırlar. Bu zaman faktiki sahə ilə müqavilədə göstərilən sahə arasında fərq ortaya çıxır. Daha sonra vətəndaş çıxarış (kupça) almaq üçün müvafiq dövlət qurumuna müraciət etdikdə məlum olur ki, məsələn, 100 kvadratmetr sahə kimi aldığı mənzil çıxarışda 80-83 kvadratmetr kimi qeyd edilib. Bu məqamda istehlakçı anlayır ki, tikinti şirkəti tərəfindən aldadılıb”.
Elnur Azadov bildirib ki, Tikinti və Şəhərsalma Məcəlləsinin 59.03-cü maddəsinə əsasən, mənzilin sahəsi hesablanarkən çöl və daxili divarlar, arakəsmələr, eləcə də havalandırma xətləri ümumi sahəyə daxil edilmir.
Ekspertin sözlərinə görə, balkon sahəsi isə xüsusi əmsalla hesablanır:
“Lakin tikinti şirkətləri çöl və daxili divarları, havalandırma xətlərini, eləcə də balkonu tam şəkildə sahəyə daxil etdiklərinə görə nəticədə ən azı 15 faiz fərq yaranır. Çıxarış mərhələsində balkon sahəsi əmsalla hesablandığı üçün bu fərq daha da artır və bəzi hallarda sahə təxminən yarıya qədər azala bilir. Beləliklə, vətəndaş faktiki olaraq zərər çəkmiş olur. Son dövrlərdə Azərbaycan Respublikasının ədliyyə orqanlarına bu məsələ ilə bağlı çoxsaylı şikayətlər daxil olub və artıq məhkəmə presedentləri formalaşıb. Rəsmi açıqlamalarda da qeyd olunur ki, tikinti şirkətləri tərəfindən bu tip qanun pozuntuları kütləvi xarakter alıb”.
23:00 / 21 Avqust 2026
23
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.