Xəzər dənizində zəlzələ olub
26 İyul 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
185
23.07.2026, 11:25
Azərbaycanda təhsil sisteminin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən islahatlardan biri də müəllimlərin sertifikatlaşdırılması prosesidir. Bu tətbiq sayəsində müəllimlərin peşəkarlıq səviyyəsi, pedaqoji bacarıqları və nəzəri bilikləri yoxlanılaraq qiymətləndirilir. Lakin təhsilin keyfiyyətinə və məktəblərin idarə olunmasına birbaşa cavabdeh olan direktorların bu prosesə cəlb edilib-edilməməsi geniş müzakirə olunur. Mütəxəssislərin fikrincə, tədris ocaqlarında sağlam mühitin formalaşması məhz rəhbər şəxslərin idarəetmə qabiliyyətindən və psixoloji hazırlığından asılıdır. Bu səbəbdən məktəb rəhbərlərinin də analoji mexanizmlə qiymətləndirilməsi təhsilin inkişafı üçün vacib addımlardan biri kimi dəyərləndirilir.
Mövzu ilə bağlı Oxu24.com-un suallarını cavablandıran təhsil eksperti Elçin Murad bildirib ki, məktəb direktorlarının birmənalı şəkildə sertifikasiya imtahanından keçməsi şərtdir.
"Direktorlar da psixoloji və idarəetmə yönündən yoxlanılmalıdır"
Ekspertin sözlərinə görə, əgər müəllimlərin biliyi və təcrübəsi yoxlanılırsa, məktəb rəhbərliyinin də analoji sınaqdan keçməsi zəruridir:
"Məktəb direktorlarının birmənalı şəkildə sertifikasiya imtahanından keçməsi şərtdir. Çünki müəllimlər öz bilik və təcrübələrinə, şagirdlərlə rəftarına, sinifdəki davranış qaydalarını tənzimləmək bacarıqlarına görə yoxlanılır və imtahan olunursa, direktorlar da həm psixoloji vəziyyət, həm də idarəetmə baxımından qiymətləndirilməlidir. Düşünürəm ki, bu yoxlama yalnız nəzəri deyil, həm də praktiki olaraq həyata keçirilməlidir”.
Elçin Murad vurğulayıb ki, direktor statusu sadəcə idarəçilik səlahiyyəti demək deyil, həm də düzgün ünsiyyət mədəniyyəti tələb edir:
"Direktor elə bir idarəçilik keyfiyyətlərinə malik olmalıdır ki, həm şagirdlərlə, həm də məktəbin işçiləri ilə düzgün davranış qaydalarını tənzimləyə bilsin. Şagirdlərlə və kollektivlə ayrı-ayrılıqda doğru ünsiyyət məsafəsi qurulmalıdır. Hətta işçilərin öz aralarındakı ünsiyyət fərqliliyi də nəzərə alınmalıdır. Məsələn, məktəbin təsərrüfat işləri ilə məşğul olan heyəti ilə danışıq tərzi pedaqoji heyətlə danışıq üslubundan fərqlənməlidir”.
Ekspert müəllim peşəsinin müqəddəsliyini xatırladaraq əlavə edib:
"Müəllimlik ən müqəddəs və vacib peşələrdən biridir. Məktəb direktoru pedaqoji fəaliyyətlə məşğul olan müəllimlə danışarkən tonuna, cümlələrinə diqqət yetirməlidir. Əmredici tondan daha çox izahedici, rəvan və xahişedici üslubda ünsiyyət seçilməlidir”.
Təhsil eksperti bildirib ki, direktorun üzərindəki məsuliyyət müəllimin öhdəliyindən daha böyükdür:
"Direktor səbrli, təmkinli, uzaqgörən olmalı və hər zaman doğru yerdə, doğru zamanda danışmağı bacarmalıdır. Sadəcə hansısa imtahandan keçib status almaq və “mən direktoram, nə desəm o olmalıdır” prinsipi ilə işləmək olmaz. Bu formada idarəetmə nə uzunmüddətli peşəkar müəllim kollektivini qoruyub saxlaya bilər, nə də digər işçiləri. Belə olan halda isə məktəbə və işə qarşı soyuqluq yaranır”.
Çimnaz Telmanqızı
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.