Bakıda zəncirvarı qəza olub - FOTO
26 İyul 2026, 00:24
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
230
15.07.2026, 17:20
Azərbaycan və Malayziya arasında vizasız rejimin tətbiqi istiqamətində işlər aparılır və yaxın aylarda bu məsələ ilə bağlı irəliləyiş gözlənilir.
Oxu24.com xəbər verir ki, bunu Milli Məclisin Azərbaycan–Malayziya parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Vüqar Bayramov Azərbaycan Turizm Sənaye Liderlərinin görüşündə deyib.
Onun sözlərinə görə, Malayziyada keçirilən görüşlər zamanı iki ölkə arasında turizm əlaqələrinin genişləndirilməsi və viza rejiminin sadələşdirilməsi məsələləri müzakirə olunub: "Malayziyanın böyük turizm potensialı var. Hazırda Malayziya vətəndaşlarının Azərbaycana səfəri üçün viza tələb olunur. Bununla bağlı müzakirələr aparılıb və hesab edirəm ki, yaxın aylarda vizasız rejimə keçid mümkün olacaq. Çünki Xarici İşlər Nazirliyi tərəfindən artıq müvafiq memorandum təqdim edilib".
Deputat vurğulayıb ki, Asiya ölkələrindən turist axınının artırılması üçün vizaların sadələşdirilməsi ilə yanaşı, birbaşa aviareyslərin sayının artırılması da vacibdir: "Adətən Asiya ölkələrindən olan turistlər birbaşa uçuşların mövcud olduğu istiqamətləri seçirlər. Buna görə də birbaşa reyslərin açılması Azərbaycanın turizm potensialının artırılmasına mühüm töhfə verə bilər". (Report)
00:24 / 26 İyul 2026
21
23:29 / 25 İyul 2026
51
22:59 / 25 İyul 2026
76
22:45 / 25 İyul 2026
61
22:39 / 25 İyul 2026
80
22:26 / 25 İyul 2026
92
21:54 / 25 İyul 2026
78
21:27 / 25 İyul 2026
66
21:15 / 25 İyul 2026
86
21:02 / 25 İyul 2026
70
20:49 / 25 İyul 2026
98
20:30 / 25 İyul 2026
100
20:04 / 25 İyul 2026
96
19:56 / 25 İyul 2026
92
19:43 / 25 İyul 2026
152
19:30 / 25 İyul 2026
92
19:17 / 25 İyul 2026
150
18:45 / 25 İyul 2026
160
18:33 / 25 İyul 2026
210
18:19 / 25 İyul 2026
107
17:51 / 25 İyul 2026
160
14:38 / 25 İyul 2026
151
14:35 / 25 İyul 2026
99
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.