Xəzər dənizində zəlzələ olub
26 İyul 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
210
15.07.2026, 15:29
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müxtəlif silahlı münaqişə bölgələrində və yüksək riskli ərazilərdə Azərbaycan vətəndaşlarının fəaliyyət göstərməsi, habelə onların həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları təəssüf hissi ilə qeydə alınmaqda davam edir.
Oxu24.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda deyilir.
Bəyanatda bildirilib ki, xüsusilə, Qara dəniz hövzəsində davam edən hərbi əməliyyatlar, mülki gəmiçiliyə qarşı mövcud təhlükələr, pilotsuz uçuş aparatları, raket və digər silahlardan istifadə edilməsi nəticəsində regionda təhlükəsizlik vəziyyəti son dərəcə həssas olaraq qalır. Belə ki, hərbi əməliyyatların coğrafiyası və intensivliyi nəzərə alınmaqla, mülki gəmilər və onların ekipaj üzvləri üçün risklər əhəmiyyətli dərəcədə artıb.
"Bu çərçivədə, Azərbaycan vətəndaşlarına hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan və ya bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən dəniz gəmilərində işləməkdən çəkinməyə bir daha çağırış edirik.
Bununla yanaşı, rəsmi xəbərdarlıqlara ciddi şəkildə riayət olunmasını və zərurət yarandıqda Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları ilə əlaqə saxlanılmasını tövsiyə edirik", - bəyanatda qeyd olunub.
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.