Xəzər dənizində zəlzələ olub
26 İyul 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
211
14.07.2026, 10:07
“Son illərdə Azərbaycan öz media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirir”.
Oxu24.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirib.
Hikmət Hacıyev deyib ki, həyata keçirilən islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, media institutlarının potensialının artırılması, etik standartların təşviqi, media savadlılığının inkişafı və medianın sürətlə dəyişən texnoloji mühitə uyğunlaşmasının dəstəklənməsinə xidmət edir.
O qeyd edib ki, Azərbaycan tez-tez beynəlxalq dezinformasiya kampaniyalarının hədəfinə çevrilir: “Bir çox siyasətçilər və ekspertlər Azərbaycana qarşı yönəlmiş genişmiqyaslı dezinformasiya və qarayaxma kampaniyalarını müşahidə ediblər. Biz bu məlumatları yoxlayır, faktlara əsaslanan cavablar təqdim edirik. Lakin bu gün həqiqəti sübut etmək daha çətindir. Çünki texnologiya nəhəngləri və peşəkar jurnalistikanın rolunu yerinə yetirməli olan bəzi institutlar bəzən dezinformasiyanın yayılmasında fəal iştirak edirlər”.
Prezidentin köməkçisi vurğulayıb ki, Şuşa forumu sülh quruculuğunun hər şeydən üstün olduğunu xatırladır.
"Bu forum çərçivəsində aparılan müzakirələr və fikir mübadiləsi daha güclü, daha dayanıqlı və daha məsuliyyətli qlobal informasiya mühitinin formalaşması üçün möhkəm təməl yaradacaq”, – Hikmət Hacıyev əlavə edib.
10:40 / 26 İyul 2026
3
09:50 / 26 İyul 2026
55
09:44 / 26 İyul 2026
460
09:43 / 26 İyul 2026
53
00:24 / 26 İyul 2026
141
23:29 / 25 İyul 2026
92
22:59 / 25 İyul 2026
144
22:45 / 25 İyul 2026
553
22:39 / 25 İyul 2026
150
22:26 / 25 İyul 2026
167
21:54 / 25 İyul 2026
150
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
148
21:02 / 25 İyul 2026
97
20:49 / 25 İyul 2026
122
20:30 / 25 İyul 2026
135
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
112
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
112
19:17 / 25 İyul 2026
174
18:45 / 25 İyul 2026
178
18:33 / 25 İyul 2026
255
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.