Üç ay əvvəl atası vəfat edən gənc qız qəfil öldü
10 Noyabr 2026, 01:30
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
635
13.07.2026, 23:56
Böyüklər 1 dəqiqə ərzində orta hesabla 16-18 nəfəsalma hərəkəti edir (1 nəfəsalma hərəkəti = 1 nəfəs alma + 1 nəfəs vermə). İdmançılarda bu daha az, uşaqlarda daha çox olur.
Oxu24.com ağlam insan sakit vəziyyətdə nəfəsalmasına fikir vermir. Fiziki gərginlik (idman, fiziki iş və s.) və həmçinin stress zamanı orqanizmin oksigenə olan təlabatı artır, beyin bu haqda məlumat alır və nəfəsalmanın tempini artırmağa əmr verir. Bu vəziyyətdə insan nəfəsalmasını hiss etməyə başlayır. Saglamolun.az bildirir ki, buna "fizioloji təngənəfəslik" deyilir. Lakin bu sağlam insanda güclü diskomfort yaratmır və insan sakitləşdikdə və ya fiziki gərginlik azaldıqda nəfəsalma tez bir zamanda normaya düşür. Daim idman və ya bədən tərbiyəsi ilə məşğul olan, aktiv insanlarda idmanla məşğul olmayan, passiv insanlarla müqayisədə eyni fiziki gərginlik zamanı təngənəfəslik daha az olur və nəfəsalma daha tez sabitləşir.
Əgər təngənəfəslik yüngül fiziki gərginlik (adi tempdə yerimə, hər hansı adi ev işləri zamanı) və hətta sakit vəziyyətdə, gecə yuxu zamanı inkişaf edirsə, bu patoloji haldır və buna ciddi fikir vermək lazımdır. Belə patoloji təngənəfəslik bir çox ağır xəstəliklərinin və pozulmalarının simptomu ola bilər.
Patoloji təngənəfəsliyin səbəbləri:
- Anemiya (qanazlığı)
- Nəfəsalma sistemi xəstəlikləri (vərəm, bronxial astma, bronxit, pnevmoniya, ağciyər emfizeması, xroniki obstruktiv ağciyər xəstəliyi, ağciyər xərçəngi və s.)
- Ürək-damar sistemi xəstəlikləri (ürəyin işemik xəstəliyi, kardiopatiyalar, ürəyin qüsurları, xroniki ürək çatışmazlığı və s.)
- Piylənmə
- Tireotoksikoz (qalxanvari vəzinin fəaliyyətinin artması)
- Şəkərli diabet
- Skolioz, döş fəqərələrinin qüsurları, Bexterev xəstəliyi. Bu xəstəliklər zamanı döş qəfəsinin forması dəyişilir ki, bu da nəfəsalmanı çətinləşdirir.
- Nevroz
Əgər adi fiziki aktivlik sizdə təngənəfəsliyə səbəb olursa və ya təngənəfəslik sizdə "səbəbsiz" inkişaf edirsə, mütləq həkimə müraciət edin. İlk növbədə terapevtin müayinəsindən keçin. Nəticələrdən asılı olaraq terapevt sizi digər mütəxəssislərin (kardioloq, pulmonoloq, nevropatoloq və s.) müayinələrinə göndərə bilər.Saglamolun.Az
02:34 / 10 Noyabr 2026
36
02:02 / 10 Noyabr 2026
65
01:30 / 10 Noyabr 2026
117
01:19 / 10 Noyabr 2026
256
01:00 / 10 Noyabr 2026
106
00:25 / 10 Noyabr 2026
536
00:20 / 10 Noyabr 2026
113
00:14 / 10 Noyabr 2026
250
00:08 / 10 Noyabr 2026
104
23:52 / 09 Noyabr 2026
175
23:52 / 09 Noyabr 2026
1678
23:48 / 09 Noyabr 2026
114
23:42 / 09 Noyabr 2026
284
23:37 / 09 Noyabr 2026
307
23:32 / 09 Noyabr 2026
147
23:28 / 09 Noyabr 2026
150
23:23 / 09 Noyabr 2026
119
23:17 / 09 Noyabr 2026
194
23:12 / 09 Noyabr 2026
147
23:09 / 09 Noyabr 2026
123
23:01 / 09 Noyabr 2026
125
22:55 / 09 Noyabr 2026
137
22:48 / 09 Noyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.