Xəzər dənizində zəlzələ olub
26 İyul 2026, 09:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
246
13.07.2026, 16:25
Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində iyulun 13-də Suriya Ərəb Respublikasının informasiya naziri Xalid Favaz Zaarur və nazirin rəqəmsal media işləri üzrə müavini Məhəmməd Tafran ilə görüşüb.
Oxu24.com xəbər verir ki, görüşdə Azərbaycanla Suriya arasında ikitərəfli əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub. Ölkələrimizin əlaqələrinin inkişafında iki ölkənin liderlərinin görüşlərinin və Suriya Prezidentinin Azərbaycana səfərinin mühüm rol oynadığı xüsusi vurğulanıb. Həmçinin ölkələrimizin informasiya və media sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.
Hikmət Hacıyev Suriyanın informasiya nazirinə Şuşa Qlobal Media Forumunda iştirak etdiyinə görə təşəkkürünü bildirib. O deyib ki, gələn il Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına sədrliyi öz üzərinə götürəcək və təşkilatın Zirvə görüşünə ev sahibliyi edəcək. Prezidentin köməkçisi, həmçinin bu çərçivədə İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin informasiya nazirlərinin toplantısının da Azərbaycanda keçiriləcəyini bildirərək, suriyalı naziri həmin tədbirdə iştiraka dəvət edib.
Söhbət zamanı, eyni zamanda, Azərbaycanla Suriya arasında mədəni-humanitar və təhsil sahələrində əməkdaşlıq məsələlərinə toxunulub, ISESCO çərçivəsində Azərbaycanın Suriyada məktəblərin təmiri və bərpasına göstərdiyi dəstək layihəsi də yüksək qiymətləndirilib. Bunun ölkələrimiz arasında dostluğun nümunəsi olduğu bildirilib.
Görüşdə Azərbaycanın Suriyanın siyasi birliyinə, ərazi bütövlüyünə və suverenliyinə daim göstərdiyi dəstək yüksək qiymətləndirilib.
09:50 / 26 İyul 2026
1
09:44 / 26 İyul 2026
120
09:43 / 26 İyul 2026
28
00:24 / 26 İyul 2026
135
23:29 / 25 İyul 2026
90
22:59 / 25 İyul 2026
140
22:45 / 25 İyul 2026
434
22:39 / 25 İyul 2026
145
22:26 / 25 İyul 2026
160
21:54 / 25 İyul 2026
141
21:27 / 25 İyul 2026
88
21:15 / 25 İyul 2026
147
21:02 / 25 İyul 2026
93
20:49 / 25 İyul 2026
121
20:30 / 25 İyul 2026
134
20:04 / 25 İyul 2026
117
19:56 / 25 İyul 2026
111
19:43 / 25 İyul 2026
173
19:30 / 25 İyul 2026
110
19:17 / 25 İyul 2026
173
18:45 / 25 İyul 2026
177
18:33 / 25 İyul 2026
250
18:19 / 25 İyul 2026
122
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.