8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
370
13.07.2026, 14:25
Yol hərəkəti qaydalarının pozulmasına görə tətbiq edilən cərimələrlə bağlı vətəndaşların ən çox ünvanladıqları suallardan biri də gecə saatlarında, xüsusilə ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi vaxtlarda avtobus dayanacağında avtomobil saxlamağa görə yazılan cərimələrin qanuniliyi ilə bağlıdır. Bir çox sürücü hesab edir ki, gecə saatlarında dayanacaqdan avtobus istifadə etmədiyi üçün həmin qaydanın tətbiq edilməməsi və ya cərimənin ləğv edilməsi mümkündür.
Mövzu ilə bağlı Oxu24.com-a danışan vəkil Elçin Əzizov bildirib ki, qanunvericilikdə gecə və ya gündüz saatlarına görə hər hansı istisna nəzərdə tutulmayıb.
Onun sözlərinə görə, avtobus dayanacağında dayanma və ya durmaya görə məsuliyyət günün hansı saatında baş verməsindən asılı olmayaraq eyni qaydada tətbiq edilir.
Vəkil qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində gecə saatlarında bu qaydanın qüvvədən düşməsi və ya cərimənin tətbiq edilməməsi ilə bağlı ayrıca norma yoxdur.
“Qanun hər kəs üçün və günün bütün saatlarında eyni şəkildə tətbiq olunur. Avtobus dayanacağında qanunsuz dayanma faktı gecə saat 2-də də baş versə, gündüz saatlarında da baş versə, hüquqi baxımdan məsuliyyət eynidir. Qanunvericilikdə bununla bağlı hər hansı güzəşt və ya istisna nəzərdə tutulmayıb”, – deyə vəkil bildirib.
Elçin Əzizov vurğulayıb ki, praktiki baxımdan gecə saatlarında ictimai nəqliyyatın hərəkət etməməsi müəyyən suallar doğursa da, bu, hüquqi məsuliyyəti aradan qaldırmır.
Onun sözlərinə görə, nəzarəti həyata keçirən səlahiyyətli qurum əməkdaşları bəzi hallarda vəziyyəti qiymətləndirə bilsələr də, bu, qanunun tələblərini dəyişmir.
“Əlbəttə, məntiq baxımından gecə saatlarında avtobusların fəaliyyət göstərmədiyi vaxtlarda dayanacaqda avtomobilin saxlanılması ilə bağlı fərqli yanaşmalar irəli sürülə bilər. Lakin hüquqi baxımdan bu məsələ qanunda öz əksini tapmayıb. Qanunda belə bir boşluq və ya xüsusi istisna yoxdur”, – deyə o qeyd edib.
Vəkil əlavə edib ki, sürücü cərimədən narazıdırsa, inzibati qaydada və ya məhkəmə vasitəsilə şikayət vermək hüququna malikdir. Lakin yalnız hadisənin gecə saatlarında baş verməsi cərimənin ləğvi üçün hüquqi əsas hesab edilmir.
“Şikayət vermək hər bir vətəndaşın hüququdur. Ancaq şikayətin təmin olunması üçün qanuni əsas olmalıdır. Sadəcə olaraq hadisənin gecə saatlarında baş verməsi və həmin vaxt ictimai nəqliyyatın işləməməsi cərimənin ləğv edilməsinə əsas vermir”, – deyə Elçin Əzizov bildirib.
Mütəxəssislər sürücülərə tövsiyə edirlər ki, yol nişanlarının və yol hərəkəti qaydalarının tələblərinə günün saatından asılı olmayaraq riayət etsinlər. Çünki mövcud qanunvericiliyə əsasən avtobus dayanacaqlarında qanunsuz dayanma və durmaya görə inzibati məsuliyyət günün bütün saatlarında qüvvədə qalır.
Jalə
00:51 / 13 Sentyabr 2026
81
00:35 / 13 Sentyabr 2026
412
00:14 / 13 Sentyabr 2026
937
00:06 / 13 Sentyabr 2026
393
23:49 / 12 Sentyabr 2026
99
23:38 / 12 Sentyabr 2026
178
23:34 / 12 Sentyabr 2026
124
23:31 / 12 Sentyabr 2026
93
22:35 / 12 Sentyabr 2026
92
22:31 / 12 Sentyabr 2026
81
22:26 / 12 Sentyabr 2026
140
22:25 / 12 Sentyabr 2026
247
22:22 / 12 Sentyabr 2026
107
22:14 / 12 Sentyabr 2026
106
22:13 / 12 Sentyabr 2026
791
22:02 / 12 Sentyabr 2026
737
21:52 / 12 Sentyabr 2026
190
21:34 / 12 Sentyabr 2026
382
21:25 / 12 Sentyabr 2026
3557
21:20 / 12 Sentyabr 2026
93
21:14 / 12 Sentyabr 2026
105
21:05 / 12 Sentyabr 2026
84
20:48 / 12 Sentyabr 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.