Zəfəran gözlərə nur verir - Yaşlılara dəstək
10 Noyabr 2026, 04:12
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
348
13.07.2026, 11:13
Azərbaycanda pensiya alan şəxslərin yenidən əmək fəaliyyətinə başlaması ilə bağlı suallar tez-tez müzakirə olunur.
Bəs işləməyə davam edən və ya yenidən işə qayıdan şəxsin pensiya məbləği arta bilərmi? Bu halda qanunvericilik hansı imkanları nəzərdə tutur?
Oxu24.com Globalinfo.az-a istinadla xəbər verir ki, Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli pensiya alan şəxsin yenidən işləməsi məbləğin avtomatik artması demək olmadığını bildirib:
“Lakin əmək fəaliyyətinin davam etdirilməsi gələcəkdə pensiyanın yenidən hesablanmasına əsas yarada bilər. Əsas şərt odur ki, işlədiyi dövrdə həmin şəxs üçün məcburi dövlət sosial sığorta haqları ödənilsin. Çünki pensiya məbləğinin hesablanmasında sosial sığorta ödənişləri mühüm rol oynayır. Əgər vətəndaş rəsmi əmək müqaviləsi ilə çalışırsa və əməkhaqqından sosial sığorta haqları tutulursa, onun fərdi hesabında pensiya kapitalı artmağa davam edir. Bu isə qanunvericilikdə nəzərdə tutulan hallarda pensiyanın yenidən hesablanmasına imkan yaradır. Lakin bu artım hər ay yaxud hər il avtomatik tətbiq edilmir. Yenidən hesablama qanunvericilikdə müəyyən edilmiş qaydalar əsasında aparılır. Pensiyanın nə qədər artacağı işlənilən müddətdən və ödənilən sosial sığorta haqlarının məbləğindən asılıdır”.
İqtisadçı bildirib ki, yüksək rəsmi əməkhaqqı alan şəxslərin pensiya kapitalı daha sürətlə artır:
“Əksinə, aşağı əməkhaqqı ilə işləyənlərdə artım da məhdud ola bilər. Buna görə də hər kəs üçün eyni məbləğdə artım gözləmək düzgün deyil. Qeyri-rəsmi məşğulluq isə gələcək pensiya baxımından heç bir üstünlük yaratmır. Əmək müqaviləsi olmadan işləyən şəxslər üçün sosial sığorta ödənişləri həyata keçirilmədiyi halda pensiya kapitalı da artmır. Bu səbəbdən rəsmi məşğulluq gələcək sosial təminat baxımından böyük əhəmiyyət daşıyır”.
A.Nəsirlinin sözlərinə görə, pensiya alan şəxslər yenidən işə başlayarkən əmək müqavilələrinin düzgün rəsmiləşdirilməsinə diqqət etməlidirlər:
“İşəgötürənin sosial sığorta haqlarını tam və vaxtında ödəməsi vacibdir. Vətəndaşlar fərdi sığorta hesablarındakı məlumatları mütəmadi yoxlamalıdırlar. Bu, gələcəkdə pensiyanın yenidən hesablanması zamanı yarana biləcək problemlərin qarşısını almağa kömək edir. Nəticə etibarilə, yenidən işləmək pensiyanın artmasına imkan yarada bilər, lakin bunun üçün əsas şərt rəsmi əmək fəaliyyəti və sosial sığorta ödənişlərinin tam şəkildə həyata keçirilməsidir”.
04:34 / 10 Noyabr 2026
25
04:12 / 10 Noyabr 2026
47
02:34 / 10 Noyabr 2026
115
02:02 / 10 Noyabr 2026
111
01:30 / 10 Noyabr 2026
200
01:19 / 10 Noyabr 2026
347
01:00 / 10 Noyabr 2026
153
00:25 / 10 Noyabr 2026
651
00:20 / 10 Noyabr 2026
130
00:14 / 10 Noyabr 2026
321
00:08 / 10 Noyabr 2026
124
23:52 / 09 Noyabr 2026
214
23:52 / 09 Noyabr 2026
1831
23:48 / 09 Noyabr 2026
133
23:42 / 09 Noyabr 2026
333
23:37 / 09 Noyabr 2026
361
23:32 / 09 Noyabr 2026
163
23:28 / 09 Noyabr 2026
172
23:23 / 09 Noyabr 2026
138
23:17 / 09 Noyabr 2026
218
23:12 / 09 Noyabr 2026
166
23:09 / 09 Noyabr 2026
140
23:01 / 09 Noyabr 2026
140
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.