5 oktyabrla bağlı XƏBƏRDARLIQ
04 Oktyabr 2026, 18:44
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
535
12.07.2026, 14:21
Bu gün yazıçı-publisist Aydın Tağıyevin “Qələbənin Memarı: cənab Ali Baş Komandan – 100 illik imza! Bənzərsiz tarix” adlı kitabının təqdimat mərasimi keçirilib.
Moderator.az xəbər verir ki, tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ardınca Ümummilli Lider Heydər Əliyevin və Vətənimizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edən müəllif kitabın ərsəyə gəlməsi, əsərin ideya xətti və tarixi əhəmiyyəti barədə ətraflı məlumat verib.
A.Tağıyev bildirib ki, bu əsər Azərbaycan xalqının şanlı Zəfər tarixinin, Müzəffər Ali Baş Komandanın qətiyyətli siyasi iradəsinin, Azərbaycan Ordusunun qəhrəmanlığının və xalq–ordu–lider birliyinin gələcək nəsillərə çatdırılması məqsədilə qələmə alınıb. Müəllif, həmçinin qeyd edib ki, tarixi hadisələr dəqiq faktlar, rəsmi sənədlər əsasında sistemləşdirilən kitab, yalnız bir nəşr deyil, həm də müstəqil Azərbaycanın Zəfər salnaməsini əks etdirən qiymətli tarixi mənbədir. O vurğulayıb ki, hər bir xalq öz qəhrəmanlıq tarixini yaşatmalı, milli yaddaşını qorumalı və gələcək nəsillərə olduğu kimi ötürməlidir.
Təqdimat mərasimi kitabın baş redaktorlarından Turan Beynəlxalq Araşdırmalar İnstitutunun rəhbəri Rəşad Abbaszadə, Dövlət İdarəçilik Akademiyasının Siyasi İdarəetmə fakültəsinin dekanı Mürtəza Həsənov, Əməkdar hüquqşünas, Ədliyyə general-mayoru Akif Rəfiyev, fəlsəfə elmləri namizədi Qəmər Mürşüdlü, tarix üzrə fəlsəfə doktoru Məmmədağa Baxışov, Heydər Əliyev adına Hərbi İnstitutun professoru, siyasi elmlər üzrə fəlsəfə doktoru Ramid Hüseynov, Naxçıvan Dövlət Universitetinin professoru Sevinc Abbasovanın çıxışları ilə davam edib.
Tədbirin koordinatoru Ülvi Əlişov çıxış edərək hazırlıq prosesindən danışıb, könüllülərin əməyini xüsusi vurğulayıb.
Ardınca kitabın redaksiya heyəti - baş redaktor Aişə Baxşiyeva, məsul redaktor Əfsanə Nəcəfova və redaktor Fəridə Ağazadə çıxış ediblər.
Sonda müəllif Aydın Tağıyev könüllülərin suallarını cavablandırıb, imzalı kitablar oxuculara təqdim olunub.
19:23 / 04 Oktyabr 2026
26
19:16 / 04 Oktyabr 2026
40
19:09 / 04 Oktyabr 2026
49
18:44 / 04 Oktyabr 2026
44
18:34 / 04 Oktyabr 2026
41
17:50 / 04 Oktyabr 2026
70
17:45 / 04 Oktyabr 2026
71
17:35 / 04 Oktyabr 2026
78
17:30 / 04 Oktyabr 2026
475
17:23 / 04 Oktyabr 2026
262
17:20 / 04 Oktyabr 2026
52
16:58 / 04 Oktyabr 2026
2207
16:56 / 04 Oktyabr 2026
235
16:55 / 04 Oktyabr 2026
179
16:53 / 04 Oktyabr 2026
198
16:51 / 04 Oktyabr 2026
85
16:49 / 04 Oktyabr 2026
76
14:30 / 04 Oktyabr 2026
101
14:04 / 04 Oktyabr 2026
137
14:00 / 04 Oktyabr 2026
98
13:55 / 04 Oktyabr 2026
72
13:44 / 04 Oktyabr 2026
313
13:40 / 04 Oktyabr 2026
81
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.