Göyçayda avtomobil aşıb, xəsarət alanlar var
21 Avqust 2026, 22:25
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
342
10.07.2026, 22:37
Yay mövsümündə havanın həddindən artıq isti keçməsi açıq havada çalışan şəxslərin sağlamlığı və təhlükəsizliyi üçün ciddi risklər yaradır. Xüsusilə günvurma və digər neqativ halların qarşısının alınması məqsədilə yüksək temperatur şəraitində əmək fəaliyyətinin təşkili ilə bağlı qanunvericilikdə xüsusi məhdudlaşdırıcı tədbirlər tətbiq edilir.
Mövzu ilə bağlı Oxu24.com-a açıqlama verən Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev bildirib ki, Əmək Məcəlləsinin 233-cü maddəsində həm soyuq, həm də isti hava şəraitində fasilələr və işin dayandırılması ilə bağlı konkret normalar əksini tapıb.
Vəkil qeyd edib ki, qanunvericiliyə əsasən işçilər üçün bu tənzimləmələr nəzərdə tutulur:
“Havanın temperaturu azı 41 dərəcə Selsidən çox olduqda, açıq havada və sərinləşdirici qurğular olmayan örtülü binalarda, otaqlarda və digər iş yerlərində bütün növ işlərin görülməsi dayandırılır. Bu zaman işçilərə sərinləşmək üçün imkan yaradılmaqla xüsusi fasilələr verilir.
İşlərin dayandırılması və sərinləşmək/isinmək üçün fasilələrin verilməsi, habelə bu fasilələrin sayının və müddətinin müəyyən edilməsi işəgötürənlə həmkarlar ittifaqı təşkilatının birgə qərarı ilə həyata keçirilir.
İstehsalın fasiləsiz xarakterli olması ilə əlaqədar işi tam dayandırmağın qeyri-mümkün olduğu yerlərdə, işin dayandırılması bir-birini əvəz edən növbələrin müəyyən olunması ilə əvəz edilir. Bu növbəlilik həmkarlar ittifaqının razılığı ilə işəgötürən tərəfindən tənzimlənir”.
İlin soyuq vaxtı və küləkli havada hansı qaydalar qüvvədədir?
Məcəllənin 2-ci əlavəsinə diqqət çəkən Rəşad Əliyev əlavə edib ki, məhdudiyyətlər təkcə yay mövsümü ilə bitmir:
“İlin soyuq vaxtında qapalı yerlərdə temperatur müsbət 14 dərəcə Selsidən aşağı olduqda işçilərə fasilələr verilir və ya iş dayandırılır. Havanın temperaturu mənfi 10 dərəcə və daha aşağı olduqda, eyni zamanda küləyin gücü 3 baldan artıq olarsa, açıq havada bütün növ işlər dayandırılır və ya qızınmaq üçün fasilələr elan edilir. Quruda küləyin gücü 6 bal və daha artıq olduqda kranlarla görülən bütün işlər dayandırılmalıdır. Tikinti və dəniz işlərində isə xidmətin xarakterindən asılı olaraq küləyin gücünə görə xüsusi dayandırılma normaları tətbiq edilir”.
Vəkil Rəşad Əliyev sonda mühüm məqam olaraq əlavə edib ki, fasilələr iş vaxtına daxil edilir və bu müddət ərzində əməkhaqqı işçilərin tarif maaşına görə tam ödənilir. Hava şəraitinə görə iş tam dayandırıldıqda isə, bu hadisə işçinin təqsiri üzündən baş verməyən boşdayanma hesab olunur və tarif maaşının üçdə iki (2/3) hissəsindən az olmayaraq ödəniş həyata keçirilir.
23:00 / 21 Avqust 2026
24
22:39 / 21 Avqust 2026
26
22:25 / 21 Avqust 2026
52
22:11 / 21 Avqust 2026
60
21:57 / 21 Avqust 2026
69
21:30 / 21 Avqust 2026
64
20:56 / 21 Avqust 2026
69
20:52 / 21 Avqust 2026
65
20:14 / 21 Avqust 2026
77
19:42 / 21 Avqust 2026
91
19:21 / 21 Avqust 2026
92
19:08 / 21 Avqust 2026
168
18:46 / 21 Avqust 2026
98
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
94
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
111
17:59 / 21 Avqust 2026
96
17:45 / 21 Avqust 2026
121
17:30 / 21 Avqust 2026
101
17:10 / 21 Avqust 2026
133
17:00 / 21 Avqust 2026
86
16:58 / 21 Avqust 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.