Əli Əsədovdan ərzaq təminatı ilə bağlı yeni QƏRAR
10 İyul 2026, 17:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
84
10.07.2026, 16:15
İyulun 10-da Latviya Respublikası Konstitusiya Məhkəməsinin sədri İrena Kutsinanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib.
Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən Oxu24.com-a verilən xəbərə görə, qonaqlar, həmçinin görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın məzarını ziyarət edib, Şəhidlər xiyabanında olub, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini anıb, "Əbədi məşəl" abidəsinə ehtiramlarını bildiriblər.
Daha sonra Konstitusiya Məhkəməsində Latviya Konstitusiya Məhkəməsinin nümayəndə heyəti ilə görüş keçirilib.
Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Latviya arasında mövcud olan dostluq münasibətlərinin, qarşılıqlı hörmət və etimada əsaslanan əməkdaşlığın son illər ərzində dinamik inkişaf etdiyini məmnunluqla qeyd edib.
Bildirilib ki, dövlətlərimiz arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə formalaşmış səmərəli tərəfdaşlıq münasibətləri məhkəmə-hüquq sahəsində də uğurla davam etdirilir. Bu baxımdan, Konstitusiya Məhkəmələri arasında əməkdaşlığın inkişaf etdirilməsi, Konstitusiyanın aliliyinin təmin edilməsində qarşılıqlı təcrübə mübadiləsinin genişləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.
Latviya Konstitusiya Məhkəməsinin sədri İrena Kutsina rəhbərlik etdiyi qurumun fəaliyyəti, konstitusiya nəzarətinin həyata keçirilməsi sahəsində formalaşmış təcrübə, habelə, vətəndaşların konstitusion hüquqlarının müdafiəsi istiqamətində qəbul olunan qərarlar barədə ətraflı məlumat verib. Qeyd edib ki, konstitusiya ədalət mühakiməsi orqanlarının qarşısında duran ortaq məsələlər ətrafında geniş müzakirə və fikir mübadiləsinin aparılması olduqca faydalıdır.
Daha sonra hər iki ölkənin Konstitusiya Məhkəmələrinin hakimləri və Aparatlarının məsul əməkdaşlarının iştirakı ilə formalaşmış məhkəmə təcrübəsi, konstitusiya nəzarətinin aktual məsələləri, Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiəsinin müasir mexanizmləri, rəqəmsal transformasiya şəraitində məhkəmə fəaliyyətinin təşkili, süni intellekt texnologiyalarının tətbiqi, məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər hüquqi məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş iştirakçıları ikitərəfli əməkdaşlığın gələcəkdə də davam etdirilməsinin mütərəqqi hüquqi yanaşmalar əsasında konstitusiya nəzarətinin səmərəliliyinin artırılmasına mühüm töhfə verəcəyini bildiriblər.
17:57 / 10 İyul 2026
16
17:53 / 10 İyul 2026
1
17:45 / 10 İyul 2026
25
17:42 / 10 İyul 2026
33
17:38 / 10 İyul 2026
34
17:30 / 10 İyul 2026
33
17:26 / 10 İyul 2026
38
17:20 / 10 İyul 2026
39
17:16 / 10 İyul 2026
40
17:10 / 10 İyul 2026
31
17:06 / 10 İyul 2026
50
17:00 / 10 İyul 2026
62
16:47 / 10 İyul 2026
65
16:29 / 10 İyul 2026
62
16:25 / 10 İyul 2026
70
16:23 / 10 İyul 2026
71
16:19 / 10 İyul 2026
63
16:10 / 10 İyul 2026
71
16:07 / 10 İyul 2026
68
15:54 / 10 İyul 2026
84
15:41 / 10 İyul 2026
73
15:32 / 10 İyul 2026
77
15:29 / 10 İyul 2026
82
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.