8 Noyabr prospektində təmir aparılacaq - Sürücülərin nəzərinə!
13 Sentyabr 2026, 00:51
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1058
09.07.2026, 21:32
Gündəlik istehlak etdiyimiz qidaların tərkibini rəngləndirən, dadlandıran və onların raf ömrünü uzadan maddələr hər an sağlamlığımız üçün siqnala çevrilə bilər. Müasir qida sənayesində geniş istifadə olunan "E" qrup əlavələr normativlərə uyğun tətbiq edilmədikdə orqanizmdə ciddi fəsadlara yol açır. Bu maddələrin qidalardakı miqdarı istehsal prosesində buraxıla bilən gərginlik həddini aşmamalıdır.
Əks halda, həmin məhsullar insan orqanizmi üçün tamamilə yararsız və zərərli hesab olunur. Ölkəmizdə isə bu növ qida əlavələrinin normadan artıq istifadəsinin qarşısını almaq üçün laboratoriya səviyyəsində ciddi nəzarət mexanizmləri tətbiq edilir.
Mövzu ilə bağlı oxu24.com-un suallarını texnika elmləri doktoru, qida eksperti Elsevər Fərzəliyev cavablandırıb.
— Qida boyaları və dad artırıcıları hansı hallarda sağlamlıq üçün risk yarada bilər? Azərbaycanda satılan məhsullarda bu əlavələrin istifadəsinə nəzarət necə həyata keçirilir?
Ekspert bildirib ki, qida məhsullarına dadlandırıcı, şirinləşdirici, rəngləyici, emulsiyalaşdırıcı və sair bu kimi 11 kateqoriyada olan əlavələr qatılır ki, bunların hamısı "E" qrup əlavələr siyahısına aid edilir. Təbii ki, bu maddələrin hamısı müəyyən normativə müavfiq olaraq qida məhsullarına əlavə edilə bilər:
“Yəni əlavə edilən o kütlənin miqdarı istehsal edilən məhsul fərdində buraxıla bilən gərginlik həddində olmalıdır. Əks təqdirdə, həmin məhsullar qidalanmaq üçün yararsız hesab edilir. Və təbii ki, onların miqdarı verilən normadan artıq olduqda, bu qida məhsulları insan orqanizminin sağlamlığına mənfi təsir göstərmək xüsusiyyətinə malik olur”.
Onun sözlərinə görə, məhsulun tərkibindəki bu əlavələrin miqdarını təyin etmək üçün xüsusi laboratoriya lazımdır. Bu laboratoriya hazırda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) nəzdində fəaliyyət göstərən Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunda (AQTİ) mövcuddur:
“Sözügedən institutda məhsulların tərkibinə əlavə edilən "E" qrup əlavələrin miqdarını müəyyənləşdirmək üçün metodologiya var.
Respublikada istehsal edilən, respublikaya gətirilən və respublikamızdan çıxarılan bütün qida məhsullarının keyfiyyətinə qoyulan tələblər, nəzarət Qida Təhlükəsizliyi Agentliyi tərəfindən tənzimlənir və idarə olunur.
AQTA mütəmadi apardığı monitorinqlərdə aşkar etdiyi uyğunsuzluqları, qanun pozuntularını üzə çıxardır və müvafiq şirkət, təşkilatları doğru yola çəkərək onların qida əlavələrindən normativ qaydada istifadə etməsinə sövq edir. Əgər bu hal ikinci dəfə təkrarlanarsa, müəssisənin fəaliyyəti cərimə ilə dəyərləndirilir. Üçüncü halda isə müəssisənin fəaliyyətinin dayandırılmasına qədər gətirib çıxara bilər”.
E.Fərzəliyev vurğulayıb ki, işin sonunda böyük bir məsuliyyət var. Çünki həmin müəssisələrin istehsal etdiyi qidalar tərəfimizdən qəbul edilir və hər birimiz orqanizmimizə mənfi təsir göstərə bilən maddələri qəbul etmiş oluruq. Bu baxımdan diqqətli olmaq lazımdır. Əgər məhsulun tərkibində "E" qrup əlavələr varsa, onlar qida məhsulunun qutusunun üzərinə yapışdırılan yarlıqda, yəni etiketdə öz əksini mütləq tapmalıdırlar.
Çimnaz Telmanqızı
00:51 / 13 Sentyabr 2026
24
00:35 / 13 Sentyabr 2026
132
00:14 / 13 Sentyabr 2026
312
00:06 / 13 Sentyabr 2026
149
23:49 / 12 Sentyabr 2026
62
23:38 / 12 Sentyabr 2026
116
23:34 / 12 Sentyabr 2026
63
23:31 / 12 Sentyabr 2026
58
22:35 / 12 Sentyabr 2026
65
22:31 / 12 Sentyabr 2026
59
22:26 / 12 Sentyabr 2026
92
22:25 / 12 Sentyabr 2026
130
22:22 / 12 Sentyabr 2026
76
22:14 / 12 Sentyabr 2026
79
22:13 / 12 Sentyabr 2026
581
22:02 / 12 Sentyabr 2026
290
21:52 / 12 Sentyabr 2026
146
21:34 / 12 Sentyabr 2026
286
21:25 / 12 Sentyabr 2026
1588
21:20 / 12 Sentyabr 2026
70
21:14 / 12 Sentyabr 2026
79
21:05 / 12 Sentyabr 2026
67
20:48 / 12 Sentyabr 2026
76
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.