1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
870
09.07.2026, 20:59
İran İslam Respublikası, ABŞ-nin təşəbbüsü ilə gündəmə gələn TRIPP layihəsinə (Zəngəzur dəhlizi) qarşı sərt və güzəştsiz mövqeyini nümayiş etdirməkdə davam edir. Tehran rəhbərliyi Ermənistan baş naziri Nikol Paşinyana regiondan kənar qüvvələrin müdaxiləsinin bölgədəki problemləri daha da dərinləşdirdiyini rəsmən bəyan edib.
Bu bəyanatlarda Ermənistanın adı ön plana çıxsa da, bir çox analitiklər və siyasi ekspertlər hesab edirlər ki, rəsmi Tehranın əsl ismarışı birbaşa Azərbaycana ünvanlanıb. Bəs İranın bu gərgin ritorikasının arxasında hansı gizli məqsədlər dayanır və Tehranın regionla bağlı fundamental planları nədən ibarətdir?
Mövzu ilə bağlı Oxu24.com-a danışan politoloq Oqtay Qasımov bölgədəki son vəziyyəti və pərdəarxası məqamları şərh edib.
Politoloq bildirib ki, İranın Zəngəzur dəhlizinə qarşı olması yeni bir fakt deyil və biz artıq 5 ildən bəridir ki, İran tərəfindən bu cür açıqlamalar eşitməkdəyik:
“Xüsusilə də 28 fevral ABŞ-İran-İsrail savaşından sonra İranın bu məsələlərdə mövqeyində müəyyən sərtliyin artdığını görməkdəyik. Burada daha çox Ermənistanla bağlı məsələ müzakirə mövzusu ola bilər, amma İranda müəyyən dairələr bu və ya digər məsələlərdə Azərbaycanı ittiham etməyə çalışırlar”.
Onun sözlərinə görə, Azərbaycan Zəngəzur dəhlizinin açılması və Azərbaycan vətəndaşlarının Naxçıvana sərbəst, maneəsiz, təhlükəsiz keçidinin təmin olunmasını istəyir və bunda qərarlıdır:
“Bu, onsuz da olacaq. O baxımdan, İranın bu məsələdə mane olmaq imkanlarının çox da yüksək olduğunu düşünmürəm. Yəni bu, birbaşa Amerika Birləşmiş Ştatları ilə hərbi toqquşmaya aparacaq addım olardı. Nəzərə alsaq ki, Amerika ilə İran arasında onsuz da münasibətlər kifayət qədər gərgindir və bir müddət öncə əldə olunmuş razılaşma dünən yenə pozuldu və Amerika İranın İrandakı bir çox hədəflərinə, xüsusilə də ölkənin Hörmüz boğazı və cənub sahillərindəki strateji hədəflərinə zərbələr endirdi”.
O.Qasımov vurğulayır ki, Tehranın regionla bağlı planı ondan ibarətdir ki, Zəngəzur dəhlizinin açılması əvəzinə İran ərazisindən kommunikasiya xətti çəkilsin, İran da bu kommunikasiya xəttindən iqtisadi dividendlər əldə etməklə yanaşı, həm də siyasi təzyiq alətləri qazansın, Azərbaycanla Türkiyənin birbaşa əlaqələr qurmasına mane olsun:
“Bundan başqa, Türkiyənin Cənubi Qafqaz və xüsusilə də Orta Asiya ilə əlaqələri İranın nəzarətində olsun. Yəni İran məhz bunda maraqlıdır.
Amma İranın bu hədəflərinə çatmaq imkanları yetərlidirmi? Açıqcası, mən hesab edirəm ki, belə bir addım həm Türkiyə, həm də Azərbaycanla münasibətlərin gərginləşməsinə, eyni zamanda bu cür ritorika və proseslərə mane olmaq cəhdləri, xüsusilə də Amerika Birləşmiş Ştatları ilə ciddi şəkildə münasibətlərin korlanmasına, həmçinin Avropa İttifaqı ilə münasibətlərin gərginləşməsinə səbəb olacaq”.
Politoloq hesab edir ki, bu ritorika daha çox İranla bağlıdır ki, İran da bu dəhlizdə müəyyən pay alsın — necə ki, Rusiya da belə cəhdlər edir. Buna nə dərəcədə nail olacaqlar? Bu sual altındadır. Düşünmürəm ki, Amerika Birləşmiş Ştatları Zəngəzur dəhlizinin nəzarəti ilə bağlı öz mövqeyini kiminləsə bölüşsün”.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
17
23:49 / 21 Avqust 2026
46
23:00 / 21 Avqust 2026
53
22:39 / 21 Avqust 2026
53
22:25 / 21 Avqust 2026
64
22:11 / 21 Avqust 2026
71
21:57 / 21 Avqust 2026
83
21:30 / 21 Avqust 2026
73
20:56 / 21 Avqust 2026
78
20:52 / 21 Avqust 2026
66
20:14 / 21 Avqust 2026
79
19:42 / 21 Avqust 2026
92
19:21 / 21 Avqust 2026
94
19:08 / 21 Avqust 2026
169
18:46 / 21 Avqust 2026
100
18:41 / 21 Avqust 2026
77
18:33 / 21 Avqust 2026
95
18:20 / 21 Avqust 2026
75
18:10 / 21 Avqust 2026
114
17:59 / 21 Avqust 2026
98
17:45 / 21 Avqust 2026
122
17:30 / 21 Avqust 2026
102
17:10 / 21 Avqust 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.