Ağır qəza:Ölən və yaralılar var
10 Noyabr 2026, 08:56
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
585
03.07.2026, 11:51
Azərbaycanda təhsil sisteminin rəqəmsallaşdırılması istiqamətində həyata keçirilən tədbirlərin növbəti mərhələsində tədris prosesinin rəqəmsallaşdırılması nəzərdə tutulur. Bu proses xüsusilə COVID-19 pandemiyası dövründən etibarən ölkəmizdə sürətli inkişaf mərhələsinə qədəm qoyub. Həm ali, həm də orta təhsil sistemində müxtəlif video dərsliklərin və rəqəmsal materialların hazırlanması tədrisin səmərəliliyini artırıb. Elektron universitet sistemi, məktəbəqəbul və elektron sənəd dövriyyəsi kimi yeniliklər bu sahədəki uğurlu addımlardandır. Ölkədəki internetin sürəti və rəqəmsal texnologiya infrastrukturunun vəziyyəti hazırda dünyanın inkişaf etmiş ölkələri ilə rəqabət apara biləcək səviyyədədir.
Mövzu ilə bağlı Oxu24.com-a ətraflı açıqlama verən təhsil eksperti Elçin Süleymanov rəqəmsallaşmanın şagirdlərin təhsil keyfiyyətinə və qiymətləndirməyə təsirlərini şərh edərkən maraqlı məqamlara toxunub.
Təhsil eksperti Elçin Süleymanov ilk növbədə bildirib ki, Azərbaycan təhsil sistemində rəqəmsallaşma xüsusilə COVID-19 pandemiyası dövründə sürətlə inkişaf etməyə başlayıb. Həmin dövrdə istər elm və ali təhsil sistemində, istərsə də orta təhsildə müxtəlif video dərsliklər və tədris prosesinə kömək edəcək rəqəmsal materiallar olduqca sürətli bir şəkildə hazırlanıb.
Daha sonra ekspert vurğulayır ki, elektron universitet sisteminin qurulması, şagirdlərin orta məktəbə qəbulu, məzunların ali təhsil prosesinə inteqrasiyası və elektron sənəd dövriyyəsi kimi proseslər yüksələn xətt üzrə inkişaf edib:“Bu ölkədəki internetin sürəti və rəqəmsal texnologiya infrastrukturunun hazırkı vəziyyəti dünyanın inkişaf etmiş ölkələrinə yaxın bir sistemdədir. Azərbaycan hökumətinin bu sahəyə ayırdığı vəsaitlər rəqəmsal keçidi xeyli sürətləndirib”.
Onun sözlərinə görə, Microsoft platformasının təhsil müəssisələrinə əlçatanlığı və "Coursera" bənzəri nüfuzlu qlobal tədris platformalarına ölkə üzrə abunəliyin təmin edilməsi vətəndaşlara pulsuz istifadə imkanı yaradıb. Ekspertin fikrincə, bu addımların hamısı rəqəmsal sistemin inteqrasiyasına və ölkədə təhsilin ümumi inkişafına birbaşa xidmət edir.
Elçin Süleymanov növbəti addımlardan danışarkən qeyd edir ki, artıq təhsil sistemində diplomların elektron verilməsi, məktəblilərin yerdəyişməsi, ibtidai məktəbə qəbul prosesi və vahid tələbə-məzun bazasının təkmilləşdirilməsi rəqəmsallaşmanın gəldiyi ən uğurlu nəticələrdir:“Bəzi məktəblərimizin infrastrukturu hələ tam bu səviyyəyə çatmasa da, xüsusilə son illərdə tikilmiş əksər məktəblərdə bu rəqəmsal şərait artıq tam mövcuddur”.
Smartfonlar: Zərərli, yoxsa faydalı?
Şagirdlərin texnoloji bacarıqlarına toxunan ekspert bildirir ki, müasir uşaqların elektron texnologiyalardan istifadə vərdişləri kifayət qədər yüksəkdir. Şagirdlərin əlində smartfonlar var və onlar müxtəlif proqramlara rahatlıqla daxil ola bilirlər.
Elçin Süleymanov qeyd edir ki, bunun müəyyən zərərli tərəfləri olsa da, texnologiyadan faydalı istifadə edənlərin dünyada öz sahələrinə aid gəlişmələri anında təqib etməsi olduqca müsbət bir addımdır.
Açıqlamasının sonunda ekspert müəllimlərə və təhsil işçilərinə çağırış edərək bildirir ki, məktəblərdə bu istiqamətdə daha məqsədyönlü işlər aparılmalıdır. Müəllimlərin tədris prosesində dərsləri daha interaktiv, vizual və elektron texnologiyaların imkanlarından istifadə etməklə təqdim etmələri mütləqdir.
Bu gün süni intellektdən şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində geniş istifadə olunmalıdır. Ekspert hesab edir ki, həm şagirdlərin özləri, həm də müəllimlər mütləq bu sahəyə düzgün yönləndirilməlidirlər. Kibertəhlükəsizlik məsələləri, data və datalardan təhlükəsiz istifadə qaydaları gələcəkdə həm şagirdlər, həm də tələbələr üçün ən əsas prioritet istiqamətə çevrilməlidir.
Çimnaz Telmanqızı
08:56 / 10 Noyabr 2026
1
08:46 / 10 Noyabr 2026
45
08:42 / 10 Noyabr 2026
179
05:37 / 10 Noyabr 2026
132
05:27 / 10 Noyabr 2026
187
04:34 / 10 Noyabr 2026
135
04:12 / 10 Noyabr 2026
188
02:34 / 10 Noyabr 2026
167
02:02 / 10 Noyabr 2026
159
01:30 / 10 Noyabr 2026
386
01:19 / 10 Noyabr 2026
531
01:00 / 10 Noyabr 2026
230
00:25 / 10 Noyabr 2026
1126
00:20 / 10 Noyabr 2026
160
00:14 / 10 Noyabr 2026
506
00:08 / 10 Noyabr 2026
156
23:52 / 09 Noyabr 2026
293
23:52 / 09 Noyabr 2026
2469
23:48 / 09 Noyabr 2026
159
23:42 / 09 Noyabr 2026
431
23:37 / 09 Noyabr 2026
532
23:32 / 09 Noyabr 2026
191
23:28 / 09 Noyabr 2026
210
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.