1 nəfərə düşən ünvanlı sosial yardımın ən yüksək olduğu rayonlar - CƏDVƏL
22 Avqust 2026, 00:03
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
733
02.07.2026, 22:39
Azərbaycanın ali təhsil sistemində mühüm rəqəmsallaşma addımlarından biri atılır. Cari tədris ilindən etibarən ölkə universitetlərində məzunlara diplomların elektron formada verilməsinə başlanılacaq. Bu qərar ali təhsil müəssisələri ilə məzunlar arasındakı sənədləşmə prosesini tamamilə yeni bir mərhələyə daşıyır.
Yeniliyin tətbiqi həm universitet rəhbərliklərinin, həm də minlərlə gəncin işini əhəmiyyətli dərəcədə yüngülləşdirəcək. Dövlət xidmətlərinin elektronlaşdırılması strategiyasının tərkib hissəsi olan bu addım təhsil idarəçiliyində şəffaflığı artırmağa yönəlib. Hər bir yenilikdə olduğu kimi, bu sistemin də gətirdiyi üstünlüklərlə yanaşı, ilkin mərhələdə müəyyən suallar doğurması təbiidir. Mövzu ilə bağlı təhsil eksperti Elçin Murad Oxu24.com-a rəqəmsal diplomların real faydalarından və tətbiq zamanı ortaya çıxa biləcək məqamlardan bəhs edib.
Elektron diplomların üstünlükləri: Vaxt itkisi bitir
Ekspert qeyd edib ki, diplomların onlayn şəkildə verilməsi bir çox cəhətdən böyük üstünlüklərə malikdir və bu, təhsil idarəçiliyində müsbət bir addımdır:
“Bu sistem ilk növbədə tələbələrin və universitetlərin vaxt itkisinin qarşısını alacaq. Məzunların sənəd ardınca günlərlə gözləməsinə ehtiyac qalmayacaq. Proses daha asan, daha tez və əlçatan formada baş tutacaq. Məzunlar istədikləri sənədi kompüter vasitəsilə qısa zamanda əldə edib, lazımi yerlərə təqdim edə biləcəklər.
Universitetləri bitirən tələbələrin sənədləşmə üçün növbələrdə gözləməsi, "get-gəl" halları tamamilə aradan qalxacaq”.
“Diplomun əyani və ya elektron şəkildə verilməsinin təhsilin keyfiyyətinə hər hansı bir birbaşa qatqısı yoxdur. Burada əsas məsələ tələbələrin rahatlığıdır. Məzunlar kompüter vasitəsilə işlərini tez bir zamanda həll edə biləcəklər”,- deyə Elçin Murad əlavə edib.
Hansı çətinliklər yarana bilər?
Yeniliyin ilkin mərhələsində müəyyən xırda rəqəmsal çətinliklərin qaçılmaz olduğunu vurğulayan Elçin Murad, ciddi bir problemin gözlənilmədiyini bildirib:
“Sistem bu il ilk dəfə tətbiq olunduğu üçün texniki xətaların və ya sistemdə müəyyən qüsurların yaşanması mümkündür. Bitirən tələbələrin bir qisminin yeni sistem haqqında ilkin olaraq yetərli anlayışı olmaya bilər, bu da sistemdən istifadə zamanı bəzi çətinliklərə yol aça bilər”.
Ekspertin sözlərinə görə, bu cür hallar yalnız texniki xarakter daşıyır və zamanla sistem təkmilləşdikcə tamamilə qaydasına düşəcək. Ümumilikdə isə onlayn diplom layihəsi tələbələrin xeyrinə olan mütərəqqi və normal bir addımdır.
Çimnaz Telmanqızı
00:03 / 22 Avqust 2026
24
23:49 / 21 Avqust 2026
49
23:00 / 21 Avqust 2026
55
22:39 / 21 Avqust 2026
56
22:25 / 21 Avqust 2026
65
22:11 / 21 Avqust 2026
72
21:57 / 21 Avqust 2026
84
21:30 / 21 Avqust 2026
74
20:56 / 21 Avqust 2026
79
20:52 / 21 Avqust 2026
67
20:14 / 21 Avqust 2026
80
19:42 / 21 Avqust 2026
93
19:21 / 21 Avqust 2026
95
19:08 / 21 Avqust 2026
170
18:46 / 21 Avqust 2026
101
18:41 / 21 Avqust 2026
78
18:33 / 21 Avqust 2026
96
18:20 / 21 Avqust 2026
76
18:10 / 21 Avqust 2026
115
17:59 / 21 Avqust 2026
99
17:45 / 21 Avqust 2026
124
17:30 / 21 Avqust 2026
104
17:10 / 21 Avqust 2026
135
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.