AZAL təcili açıqlama yaydı
07 İyul 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
326
02.07.2026, 17:16
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İtaliya Deputatlar Palatasının Konstitusiya, şura sədrliyi və daxili işlər məsələləri komitəsinin sədri Nazario Paqano ilə görüşüb.
Oxu24.com xəbər verir ki, tərəflər Azərbaycan ilə İtaliya arasında münasibətlərin hazırkı vəziyyəti, əməkdaşlıq məsələləri, eləcə də parlament diplomatiyasının ikitərəfli əlaqələrin daha da inkişafına verə biləcəyi töhfələr barədə fikir mübadiləsi aparıblar.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Azərbaycan–İtaliya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini məmnunluqla qeyd edib, bu əlaqələrin möhkəmlənməsində dövlət başçıları arasında formalaşmış səmərəli siyasi dialoqun və yüksəksəviyyəli qarşılıqlı təmasların müstəsna rolunu vurğulayıb. O, İtaliyanın regionda sülhün, sabitliyin və əməkdaşlığın təşviqinə, habelə humanitar proseslərin dəstəklənməsinə verdiyi töhfəni yüksək qiymətləndirərək İtaliya tərəfinə minnətdarlığını bildirib. Komitə sədri, həmçinin 2025-ci ilin dekabrında İtaliya Deputatlar Palatasında Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin 30 illiyinə həsr olunmuş tədbirin keçirilməsini parlamentlərarası əməkdaşlığın uğurlu nümunəsi kimi dəyərləndirib və bu təşəbbüsə göstərilən dəstəyə görə təşəkkürünü çatdırıb.
Nazario Paqano isə qarşılıqlı səfərlərin və parlamentlərarası təmasların əməkdaşlığın daha da genişlənməsinə və xalqlarımızın bir-birini daha yaxından tanımasına mühüm töhfə verdiyini bildirib. O, parlament diplomatiyasının və parlamentlərarası əməkdaşlığın gələcəkdə də ikitərəfli münasibətlərin inkişafında mühüm rol oynayacağına əminliyini ifadə edib.
Görüşdə Milli Məclisin İtaliya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Azər Kərimli, deputat Nurlan Həsənov, İtaliyanın Azərbaycandakı səfiri Luka Di Canfrançesko parlament təmaslarının genişləndirilməsi, təcrübə mübadiləsi və digər əməkdaşlıq məsələləri ilə bağlı fikirlərini bölüşüblər.
Söhbət parlamentlərimizin gələcək əməkdaşlıq perspektivləri və tərəfləri maraqlandıran digər məsələlərin müzakirəsi ilə davam etdirilib.
09:38 / 07 İyul 2026
79
09:34 / 07 İyul 2026
33
09:27 / 07 İyul 2026
33
09:24 / 07 İyul 2026
39
09:16 / 07 İyul 2026
152
09:11 / 07 İyul 2026
120
09:08 / 07 İyul 2026
42
00:44 / 07 İyul 2026
145
00:18 / 07 İyul 2026
642
00:16 / 07 İyul 2026
150
00:12 / 07 İyul 2026
143
00:10 / 07 İyul 2026
306
00:02 / 07 İyul 2026
139
23:56 / 06 İyul 2026
246
23:56 / 06 İyul 2026
130
23:46 / 06 İyul 2026
680
23:41 / 06 İyul 2026
262
23:32 / 06 İyul 2026
310
23:08 / 06 İyul 2026
1398
23:02 / 06 İyul 2026
624
22:53 / 06 İyul 2026
125
22:41 / 06 İyul 2026
251
22:36 / 06 İyul 2026
729
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.