Pensiyalarla bağlı AÇIQLAMA
07 İyul 2026, 10:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
329
02.07.2026, 17:10
İyulun 2-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Prezident Administrasiyasının Müdafiə Sənayesi Agentliyinin sədr müavini Mustafa Murat Şekerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Oxu24.com-a verilən xəbərə görə, görüşdə müdafiə naziri ölkələrimiz arasında həyata keçirilən birgə hərbi sənaye layihələrinin ordularımızın müdafiə qüdrətini daha da artıracağından əminliyini ifadə edib.
Göstərilən qonaqpərvərliyə görə general-polkovnik Z.Həsənova minnətdarlığını bildirən cənab M.M.Şeker bu cür görüşlərin qardaş ölkə ilə mövcud hərbi əməkdaşlığın genişləndirilməsində xüsusi rol oynadığını vurğulayıb.
Səfər çərçivəsində nümayəndə heyəti müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə görüşüb.
Görüşdə xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin hərbi əməkdaşlığın yüksələn xətlə inkişafına böyük təsir göstərdiyi qeyd olunub.
Keçirilən hər iki görüşdə tərəflər ölkələrimiz arasında hərbi əlaqələrin inkişaf perspektivləri, o cümlədən peyk texnologiyaları, radioelektron mübarizə, insansız sistem və digər sahələrdə süni intellektin tətbiqinə dair ətraflı fikir mübadiləsi aparıblar.

10:53 / 07 İyul 2026
1
10:48 / 07 İyul 2026
18
10:46 / 07 İyul 2026
22
10:39 / 07 İyul 2026
42
10:32 / 07 İyul 2026
40
10:15 / 07 İyul 2026
211
10:12 / 07 İyul 2026
63
09:59 / 07 İyul 2026
61
09:58 / 07 İyul 2026
705
09:38 / 07 İyul 2026
405
09:34 / 07 İyul 2026
116
09:27 / 07 İyul 2026
59
09:24 / 07 İyul 2026
71
09:16 / 07 İyul 2026
264
09:11 / 07 İyul 2026
179
09:08 / 07 İyul 2026
64
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
688
00:16 / 07 İyul 2026
164
00:12 / 07 İyul 2026
147
00:10 / 07 İyul 2026
315
00:02 / 07 İyul 2026
143
23:56 / 06 İyul 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.