Pensiyalarla bağlı AÇIQLAMA
07 İyul 2026, 10:53
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
398
02.07.2026, 12:31
Tanınmış jurnalist və tədqiqatçı Aida Eyvazlı Göytürkün kitabları Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.
Bu sevinci Oxu24.com-a bölüşən Aida Eyvazlı Göytürk səhifəsində yazıb ki: Azərbaycanda Bakı I Türkoloji Qurultayının 100 illiyi keçirildiyi bir həftədə , sevincimin içərisinə bir sevinc də əlavə olundu. Gözümün nuru, canım, qanım, ruhumla yazdığım və tərcümə etdiyim kitablar Almaniyanın Martin Luther Universiteti kitabxanasının kataloqlarına yerləşdirilib.
“Qalibiyyət:şahidlər və şəhidlər” ikicildlik kitabımın ikinci nəşri, “Sahaya” kitabım və bir də azərbaycan dilinə tərcümə etdiyim Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabı.
Martin Lüther Universiteti kimi tanınan elm və təhsil ocağı Almaniyanın Halle-Vittenberq şəhərində yerləşən Martin-Luther-Universität Halle-Wittenberg (MLU) universitetidir. 1696-cı ildə qurulan kitabxana 5,5 milyondan çox kitab, əlyazma və sənəd ehtiyatı ilə Almaniyanın ən böyük ali təhsil kitabxanalarından biridir.
“Qalibiyyət:şahidlər və şəhidlər” ikicildlik kitabı Azərbaycanın ilk Zəfər kitabıdır. Bu kitabda 2016-cı ilin aprelində döyüşüb, zəfər qazanaraq şəhid olmuş, qəhrəmanlıq göstərib qazi adını qazanan döyüş iştirakçılarının həyatınfdan bəhs edən sənədli, tarixi və fundamental bir əsərdir. Bui kitabla mən Zəfərə, Qalibiyyətə ömürlük heykəl qoydum. Kitabın çapının ilk dəstəkçisi millət vəkili Cavanşir Feyziyev olub, ikinci çapını isə Mənəvi Dəyərlərin Təbliği Fondu edib.
İKinci kitab isə azərbaycan dilinə tərcümə etdiyim tanınmış türkoloq, akademik dr.Darxan Kıdırəlinin “Daşa yazılan tarix” kitabıdır. Bu kitabı Türk Mədəniyyəti və İrsi fondu çap edib. I Türkoloji Qurultayın tarixinin yeni dövrdə araşdırılmasında təşəbbüskar, ortaq türk əlifbasının yaradllmasının yolunda əzmlə mübarizə aparan böyük türkçü Darxan Kıdırəlinin kitabın bu kataloqa düşməsi məni çox sevindirdi.
Üçüncü kitabım isə ağ bənizli gözəlim“Sahaya”dır. Bu kitaba ön sözü AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli yazdı və dedi ki, I Türkoloji Qurultayın 100 illiyinə ən böyük tövhədir. “Sahaya” kitabımda isə gözlərdən uzaq, könüllərdə həsrəti yaşayan yakutların tarixi və kökü, iris, mədəniyyəti, şəxsiyyətləri haqqındadır. Kitabı AMEA çap edib.
Kitablarımı Martin Luther Universiteti kitabxanasının kataloquna yazdıran böyük türkoloq və alim dr. Volker Adama təşəkkür edirəm.
Zəhmətimi dəyərləndirənlərə minnətdaram.
10:53 / 07 İyul 2026
4
10:48 / 07 İyul 2026
20
10:46 / 07 İyul 2026
23
10:39 / 07 İyul 2026
42
10:32 / 07 İyul 2026
41
10:15 / 07 İyul 2026
214
10:12 / 07 İyul 2026
63
09:59 / 07 İyul 2026
61
09:58 / 07 İyul 2026
707
09:38 / 07 İyul 2026
406
09:34 / 07 İyul 2026
117
09:27 / 07 İyul 2026
59
09:24 / 07 İyul 2026
71
09:16 / 07 İyul 2026
264
09:11 / 07 İyul 2026
179
09:08 / 07 İyul 2026
65
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
688
00:16 / 07 İyul 2026
165
00:12 / 07 İyul 2026
147
00:10 / 07 İyul 2026
315
00:02 / 07 İyul 2026
143
23:56 / 06 İyul 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.