AZAL təcili açıqlama yaydı
07 İyul 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
396
01.07.2026, 15:59
Medianın İnkişafı Agentliyi (MEDİA) 2026-cı ilin birinci yarısında Prezident İlham Əliyevin fəaliyyətinə ölkə vətəndaşlarının münasibətini öyrənmək, bu sahədə dinamika və tendensiyaları təhlil etmək məqsədilə ictimai rəy sorğusu keçirib.
Oxu24.com xəbər verir ki, MEDİA məlumat yayıb.
Sorğunun nəticələri Prezident İlham Əliyevin siyasi liderliyinə və strateji fəaliyyətinə ictimai dəstəyin yüksək səviyyədə olduğunu göstərib.
Sorğunun nəticələrinə əsasən, Prezident İlham Əliyevə respondentlərin etimad səviyyəsi ümumilikdə 87.7 faiz təşkil edir. Bu göstərici ölkədə hər 10 nəfərdən təxminən 9-nun Prezident İlham Əliyevə etimad etdiyini təsdiq edir.
Rəy sorğusunun nəticələrinə əsasən, respondentlərin 93.6 faizi Prezidentin fəaliyyətini müsbət qiymətləndirir.
Etimad və dəstəyin yüksək olduğunu təsdiq edən ən güclü indikatorlardan biri vətəndaşların seçki davranışlarıdır. Belə ki, Prezident seçkiləri növbəti bazar günü keçirilsə, rəyi soruşulanların böyük əksəriyyəti – 91,5 faizi seçkilərdə Prezident İlham Əliyevə səs verərdi.
Sorğu nəticələrinin təhlili Prezidentə olan yüksək inam və etimadın dövlət başçısının reputasiyası ilə bərabər, həm də dövlətin daxili sabitliyinin qorunması fonunda formalaşdığını göstərir. Bu mənada, Prezident ictimai rəydə ümummilli maraqlar çərçivəsində birləşdirici, sabitlik baxımından isə alternativsiz hesab edilir – respondentlərin 81.9 faizi Prezident İlham Əliyevi alternativsiz siyasi lider kimi qəbul edir. Bu yanaşma sorğuda iştirak edən bütün sosial-demoqrafik qruplar üzrə müşahidə olunur və ötən dövrlərlə müqayisədə bu göstəricidə artım dinamikası qeydə alınıb.
Qeyd edək ki, ictimai rəy sorğusu 20 may – 30 may 2026-cı il tarixlərində üzbəüz müsahibə üsulu ilə keçirilib. Sorğuda yaşı 18 və yuxarı olan 1210 respondent iştirak edib.
Respondentlərin cins, yaş qrupları, təhsil səviyyəsi və iqtisadi rayonlar üzrə bölgüsü rəsmi statistik göstəricilərə proporsional şəkildə müəyyənləşdirilib, əhali üzrə reprezentativlik təmin edilib. Xəta əmsalı +- 3 faizdir.
09:38 / 07 İyul 2026
79
09:34 / 07 İyul 2026
33
09:27 / 07 İyul 2026
33
09:24 / 07 İyul 2026
39
09:16 / 07 İyul 2026
152
09:11 / 07 İyul 2026
120
09:08 / 07 İyul 2026
42
00:44 / 07 İyul 2026
145
00:18 / 07 İyul 2026
642
00:16 / 07 İyul 2026
150
00:12 / 07 İyul 2026
143
00:10 / 07 İyul 2026
306
00:02 / 07 İyul 2026
139
23:56 / 06 İyul 2026
246
23:56 / 06 İyul 2026
130
23:46 / 06 İyul 2026
680
23:41 / 06 İyul 2026
262
23:32 / 06 İyul 2026
310
23:08 / 06 İyul 2026
1398
23:02 / 06 İyul 2026
624
22:53 / 06 İyul 2026
125
22:41 / 06 İyul 2026
251
22:36 / 06 İyul 2026
729
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.