İlham Əliyev ABŞ senatoru ilə görüşdü
07 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
464
29.06.2026, 20:23
Ədliyyə Nazirliyinin qəbul edilən şəxslərin fiziki hazırlığının yoxlanılması qaydalarında dəyişiklik edilib.
Oxu24.com xəbər verir ki, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov müvafiq qərar imzalayıb.
Qərara əsasən, Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən şəxslər fiziki hazırlığın yoxlanılmasından əvvəl yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim etməlidirlər.
Ədliyyə Nazirliyinin Penitensiar xidmətinə qulluğa qəbulla bağlı müsahibədə iştirak etmək istəyən şəxslər fiziki hazırlığın yoxlanılmasına göndərilməsi üçün yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim etməlidirlər.
Həmçinin, Penitensiar xidmətə qulluğa qəbulla bağlı müsahibədən müvəffəqiyyətlə keçən şəxslər insan resursları qurumu tərəfindən verilmiş göndəriş əsasında tibbi şəhadətləndirilmənin keçirilməsi üçün Ədliyyə Nazirliyinin tibb xidmətinə göndəriləcəklər.
Bununla yanaşı, Penitensiar xidmətə qulluğa qəbul olunmaq istəyən şəxslərə münasibətdə tibbi şəhadətləndirilmənin nəticələri üzrə namizədin müvafiq olaraq icbari təlimə cəlb edilməsi və ya cəlb edilməməsi, yaxud da ədliyyə orqanlarına qulluğa qəbul olunması və ya olunmamasının tövsiyə edilməsi barədə müvafiq iki qərardan biri qəbul ediləcək.
Bundan əlavə, tibbi şəhadətləndirilmənin nəticələrinə əsasən Penitensiar xidmətdə qulluğa yaralı olan namizədlərin sayı ədliyyə orqanlarında boş olan ştat vahidlərinin sayından artıq olarsa qulluğa qəbul edilməsi barədə əmr verilməyən namizədlər müvafiq olaraq növbəti icbari təlimin və ya müsahibənin yekunları üzrə qulluğa qəbulla bağlı tövsiyələr təqdim edilənədək ehtiyat kadr siyahısında olmaqla aidiyyəti vakant ştat vahidi yarandıqda istifadə oluna biləcəklər.
Həmçinin, şəxslərin fiziki hazırlığı onlar tərəfindən yaşadıqları ərazi üzrə dövlət tibb müəssisəsindən alınmış sağlamlıq vəziyyəti haqqında tibbi arayış təqdim edildikdən sonra Penitensiar xidmətin insan resursları qurumu tərəfindən verilmiş göndəriş əsasında yoxlanır.
Daha əvvəl isə şəxslərin fiziki hazırlığı onların sağlamlıq vəziyyəti yoxlanıldıqdan və Penitensiar xidmətdə qulluğa yararlı olduqları müəyyən edildikdən sonra Penitensiar xidmətin kadr qurumu tərəfindən verilmiş göndəriş əsasında yoxlanırdı.(Trend)
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.