AZAL təcili açıqlama yaydı
07 İyul 2026, 09:38
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
451
24.06.2026, 17:30
"Pediatr olaraq valideynlərə ən çox vurğuladığımız mövzulardan biri körpənin ətraf mühit gigiyenasıdır".
Oxu24.com Musavat-a istinadən xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi "Instagram" hesabında keçirilən canlı yayım zamanı nazirliyin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun pediatrı Gülnarə İlyasova açıqlayıb.
Onun sözlərinə görə, körpələrin immun sistemi ilk aylar və illərdə tam formalaşmadığı üçün oyuncaqlar üzərində toplanan bakteriyalar, viruslar, tüpürcək qalıqları və toz bəzi infeksiyaların yayılmasına səbəb ola bilər:
"Xüsusilə diş çıxarma dövründə körpələr demək olar ki, hər əşyanı ağızlarına apardıqları üçün oyuncaqların düzgün və müntəzəm təmizlənməlidir. Məsələn, körpənin daim əlində və ağzında olan plastik və silikon oyuncaqlar hər gün yuyulmalıdır. Oyuncaq yerə düşdükdə, başqa uşaq istifadə etdikdə, körpə qrip, bağırsaq infeksiyası və ya ağız yaraları keçirdikdə dərhal yuyulmalıdır".
Pediatr qeyd edib ki, ən təhlükəsiz üsul ilıq su və uşaq üçün uyğun yumşaq sabundan istifadə etməkdir:
"Yuyulduqdan sonra yaxşıca durulanmalı və tam qurudulmalıdır. Çox güclü dezinfeksiyaedici maddələrdən tez-tez istifadə etməyi məsləhət görmürük, çünki kimyəvi qalıqlar körpənin ağız yolu ilə qəbul edilə bilər. Parça oyuncaqlar toz, allergen və mikrobları daha çox saxladığı üçün həftədə bir dəfə yuyulmalıdır və tam qurudulmalıdır".
G.İlyasova bildirib ki, nəm qalan oyuncaqlarda kif və göbələk inkişaf edə bilər.
09:38 / 07 İyul 2026
79
09:34 / 07 İyul 2026
33
09:27 / 07 İyul 2026
33
09:24 / 07 İyul 2026
39
09:16 / 07 İyul 2026
152
09:11 / 07 İyul 2026
120
09:08 / 07 İyul 2026
42
00:44 / 07 İyul 2026
145
00:18 / 07 İyul 2026
642
00:16 / 07 İyul 2026
150
00:12 / 07 İyul 2026
143
00:10 / 07 İyul 2026
306
00:02 / 07 İyul 2026
139
23:56 / 06 İyul 2026
246
23:56 / 06 İyul 2026
130
23:46 / 06 İyul 2026
680
23:41 / 06 İyul 2026
262
23:32 / 06 İyul 2026
310
23:08 / 06 İyul 2026
1398
23:02 / 06 İyul 2026
624
22:53 / 06 İyul 2026
125
22:41 / 06 İyul 2026
251
22:36 / 06 İyul 2026
729
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.