İlham Əliyev ABŞ senatoru ilə görüşdü
07 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
441
23.06.2026, 14:26
AZCON Holding şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nümayəndə heyəti Çin Xalq Respublikasında işgüzar səfərdədir.
ADY-dən Oxu24.com-a verilən məlumata görə, səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov Çinin “CRRC Ziyang Co., Ltd” şirkətinin rəhbəri Çen Çjisinlə görüşüb.
Görüşdə Azərbaycan Dəmir Yollarının lokomotiv parkının yenilənməsi, yük və sərnişin daşımaları üzrə hərəkət tərkibinin texniki imkanlarının artırılması, beynəlxalq nəqliyyat dəhlizləri ilə artan yük daşımaları üzrə çevik və təhlükəsiz xidmət göstərilməsi, eləcə də ADY ilə “CRRC Ziyang Co., Ltd.” arasında əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.
Qeyd olunub ki, Azərbaycanın beynəlxalq nəqliyyat-logistika zəncirində rolunun artması, ölkə ərazisindən keçən Şimal-Cənub və Şərq-Qərb istiqamətləri üzrə daşımaların strateji əhəmiyyəti dəmir yolu infrastrukturunun, o cümlədən lokomotiv parkının müasir tələblərə uyğun inkişafını zəruri edir. ADY yük əməliyyatlarının daha etibarlı, təhlükəsiz və dayanıqlı şəkildə həyata keçirilməsi üçün lokomotiv parkının yenilənməsinə və genişləndirilməsinə xüsusi diqqət ayırır, bu sahədə Çin şirkətləri, o cümlədən “CRRC Ziyang” şirkəti ilə əməkdaşlığa xüsusi önəm verir.
Bildirilib ki, ADY ilə “CRRC Ziyang” arasında 7 ədəd yeni yük lokomotivinin alışı barədə ötən il imzalanmış müqaviləyə əsasən, lokomotivlərin sentyabr ayında Azərbaycana çatdırılması nəzərdə tutulur. Tərəflər növbəti mərhələdə sifariş olunacaq 14 lokomotivin alışı ilə bağlı danışıqlar aparıblar. ADY nümayəndə heyəti 7 lokomotivin istehsal prosesinin son mərhələsi ilə tanış olub, bir sıra texniki məsələlər barədə fikir mübadiləsi aparılıb. Qabaqcıl texnologiyalarla təchiz olunmuş AC50 tipli magistral lokomotivləri Azərbaycan ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri üzrə yük daşımalarında istifadə olunacaq.
Görüş çərçivəsində həmçinin ADY ilə “CRRC Ziyang” şirkəti arasında 4 ədəd yeni magistral sərnişin lokomotivinin alışı haqqında müqavilə imzalanıb. Lokomotivlərin 2027-ci il ərzində Azərbaycana çatdırılması nəzərdə tutulur. Yeni sərnişin lokomotivləri xüsusilə uzaq məsafələrə daşımalarda xidmət keyfiyyətinin və sərnişin məmnuniyyətinin daha da yüksəldilməsinə imkan verəcək.
Foto
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.