İlham Əliyev ABŞ senatoru ilə görüşdü
07 İyul 2026, 11:10
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
445
23.06.2026, 12:48
Mavriki Prezidenti Daramber Qoxul iyunun 23-də "Dinlər Sülh uğrunda" təşkilatının Ümumdünya Şurasının həmprezidenti, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadəni qəbul edib.
Oxu24.com xəbər verir ki, A.Paşazadə bu yaxınlarda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində Mavriki Prezidentinin Azərbaycana səfərini xatırladıb və Prezident İlham Əliyevin salamlarını Daramber Qoxula çatdırıb.
Mavriki Prezidenti isə öz növbəsində bildirib ki, Azərbaycan gözəl, qonaqpərvər ölkədir və müdrik prezidenti var. O da salamlarını Prezident İlham Əliyevə xahiş edib. Daramber Qoxul həmçinin Azərbaycanda səfərdə olarkən dini məbədi – Bibiheybət məscid-kompleksini ziyarət etdiyini xüsusi vurğulayıb.
Xatırladaq ki, A.Paşazadə "Dinlər Sülh Uğrunda" təşkilatının 2026-cı il Ümumdünya Şurasının iyunun 23-26-da keçirilən illik toplantısında iştirak etmək üçün Mavrikidə səfərdədir. Şeyxülislam 2025-ci ildə "Dinlər Sülh Uğrunda" təşkilatının Ümumdünya Şurasının həmprezidenti seçilib və baş katib Dr. Frensis Kurianın dəvəti ilə builki toplantıda məhz bu statusda iştirak edir.
Tədbir Mavriki Prezidentinin iştirakı ilə "Dinlər Sülh Uğrunda" təşkilatının Ümumdünya Şurası öz işinə müxtəlif din xadimlərinin duaları ilə başlayıb. Builki mövzusu "Müştərək mübarək tərəqqiyə doğru yolların qurulması"dır. A.Paşazadə toplantının "Süni intellekt - insan hüquqları, ləyaqəti və süni intellektin çoxdinli perspektivləri" xüsusi sessiyasında çıxış edəcək.
"Dinlər Sülh Uğrunda" təşkilatı yarım əsrdən artıq tarixə malik, dünyanın ən böyük və genişşaxəli beynəlxalq dinlərarası sülhməramlı qurumudur.
11:10 / 07 İyul 2026
1
11:09 / 07 İyul 2026
7
11:05 / 07 İyul 2026
16
11:01 / 07 İyul 2026
49
10:53 / 07 İyul 2026
104
10:48 / 07 İyul 2026
32
10:46 / 07 İyul 2026
35
10:39 / 07 İyul 2026
51
10:32 / 07 İyul 2026
48
10:15 / 07 İyul 2026
264
10:12 / 07 İyul 2026
66
09:59 / 07 İyul 2026
65
09:58 / 07 İyul 2026
775
09:38 / 07 İyul 2026
440
09:34 / 07 İyul 2026
126
09:27 / 07 İyul 2026
64
09:24 / 07 İyul 2026
72
09:16 / 07 İyul 2026
281
09:11 / 07 İyul 2026
184
09:08 / 07 İyul 2026
66
00:44 / 07 İyul 2026
155
00:18 / 07 İyul 2026
691
00:16 / 07 İyul 2026
165
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.