Nazirlər Kabineti yeni qərar VERİB
19 İyun 2026, 18:06
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
108
19.06.2026, 13:58
"Taksi sürücüləri minib-düşmədən çox narazıdırlar. Taksi sürücülərinə tətbiq olunan cərimələrlə bağlı əsas narazılıq qaydaların mövcudluğu deyil, bəzi hallarda sərnişinlərin təhlükəsiz və rahat şəkildə nəqliyyat vasitəsindən düşməsi üçün şəraitin kifayət qədər yaradılmamasıdır".
Oxu24.com "Yeni Sabah"a istinadən xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Məlahət İbrahimqızı danışıb. O vurğulayıb ki, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı:
"Xəstə var, hamilə qadın var, hava şəraiti var. Bəzən elə hallar olur ki, taksi sürücüsü sərnişini düşürmək üçün məcburən müəyyən məsafədə dayanmalı olur və buna görə cərimə ilə üzləşir. İctimai əhəmiyyətli obyektlərin, xəstəxanaların və digər məkanların yaxınlığında qısa müddətli sərnişin mindirmə və düşürmə imkanlarının yaradılması məqsədəuyğun olardı. Bəzən xəstəxananın yanında belə sərnişini düşürmək üçün imkan olmur. Halbuki bəzi hallarda cəmi 2-3 dəqiqəlik dayanma kifayət edir ki, sərnişin rahat şəkildə avtomobildən düşsün". pizza sifarişi
Deputat əlavə edib ki, taksi sektorunun tənzimlənməsi ilə bağlı təqdim olunan qanun layihəsi aktual məsələləri əhatə edir və sahədə mövcud problemlərin hüquqi çərçivədə həllinə imkan yarada bilər:
"Məsələn Ege Hospitala xəstə aparan sürücü məcburdur ki, məhəllə arası yollara girsin, bu da xəstə üçün əziyyətdir. Həmçinin, taksi sürücüləri AYNA-dan çox sayda şikayət edirlər. Bəzi hallarda nəqliyyat fəaliyyətini tənzimləyən qurumların yanaşmaları ilə yol hərəkəti qaydalarına nəzarət edən strukturların tələbləri arasında fərqlər yaranır. Eyni məsələ ilə bağlı fərqli yanaşmaların olması həm sürücülər, həm də sərnişinlər üçün çətinlik yaradır. Bu ziddiyyətlərin aradan qaldırılması vacibdir. Taksi sektorunun tənzimlənməsi ilə bağlı təqdim olunan qanun layihəsi aktual məsələləri əhatə edir və sahədə mövcud problemlərin hüquqi çərçivədə həllinə imkan yarada bilər".
18:06 / 19 İyun 2026
1
17:59 / 19 İyun 2026
21
17:48 / 19 İyun 2026
27
17:41 / 19 İyun 2026
36
17:38 / 19 İyun 2026
37
17:33 / 19 İyun 2026
41
17:28 / 19 İyun 2026
44
17:23 / 19 İyun 2026
83
17:20 / 19 İyun 2026
79
17:20 / 19 İyun 2026
77
17:15 / 19 İyun 2026
78
17:13 / 19 İyun 2026
84
17:06 / 19 İyun 2026
81
17:03 / 19 İyun 2026
68
17:00 / 19 İyun 2026
82
16:55 / 19 İyun 2026
89
16:52 / 19 İyun 2026
80
16:40 / 19 İyun 2026
77
16:28 / 19 İyun 2026
75
16:16 / 19 İyun 2026
63
16:11 / 19 İyun 2026
71
15:53 / 19 İyun 2026
104
15:40 / 19 İyun 2026
77
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.