TƏCİLİ! Nazir bu xəbərlərin yalan olduğunu rəsmən AÇIQLADI
10 İyun 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
01.06.2026, 11:16
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar Avrora Qrup ənənəvi “Azərbaycanı tanıyaq” layihəsini həyata keçirib. Şirkətin “Sosial-ictimai məsuliyyət” dəyərinə əsaslanan tədbir çərçivəsində “Nur” uşaq evi və sığınacağında məskunlaşan uşaqlar üçün Azərbaycanın mədəni-tarixi mərkəzlərinə xüsusi səfər təşkil olunub.
Oxu24.com xəbər verir ki, bu il layihənin marşrutu Qarabağ bölgəsini əhatə edib. Səfər zamanı uşaqlar Şuşa və Xankəndi şəhərlərində yerləşən tarixi abidələrlə tanış olub, regionun zəngin mədəni irsi haqqında məlumat alıblar. Tədbirin əyləncə hissəsində uşaqlar Cıdır düzündə vaxt keçirərək müxtəlif oyunlarda iştirak ediblər. Səfər proqramı Xankəndi şəhərində təşkil olunmuş xüsusi nahar və uşaqlar üçün hazırlanmış şou-əyləncə proqramı ilə tamamlanıb.
Məlumat üçün bildirək ki, “Azərbaycanı tanıyaq” layihəsi Avrora Qrupun korporativ sosial məsuliyyət strategiyasının əsas istiqamətlərindən biri olub, uşaqlarda vətənpərvərlik hisslərinin gücləndirilməsinə, onların ölkəmizin tarixi və mədəni irsi ilə yaxından tanış olmasına xidmət edir.
Qeyd edək ki, Avrora Qrup 2026-cı ilin korporativ sosial məsuliyyət proqramında uşaqlara xüsusi yer ayırıb. Şirkət il ərzində bu istiqamətdə silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Təşəbbüsün əsas məqsədi gələcəyimiz olan uşaqların üzündə təbəssüm yaratmaq, onların hərtərəfli inkişafına töhfə vermək və müxtəlif istiqamətlərdə davamlı dəstək göstərməkdir. Şirkət fəaliyyəti boyu sosial məsuliyyət prinsipinə sadiq qalaraq cəmiyyətin müxtəlif təbəqələrinə, xüsusilə də uşaqlara dəstək məqsədilə mütəmadi olaraq xeyriyyə və maarifləndirmə layihələri həyata keçirir.
12:00 / 10 İyun 2026
4
11:52 / 10 İyun 2026
19
11:47 / 10 İyun 2026
51
11:41 / 10 İyun 2026
58
11:36 / 10 İyun 2026
52
11:32 / 10 İyun 2026
64
11:21 / 10 İyun 2026
64
11:13 / 10 İyun 2026
83
11:06 / 10 İyun 2026
399
11:01 / 10 İyun 2026
58
10:53 / 10 İyun 2026
57
10:50 / 10 İyun 2026
113
10:34 / 10 İyun 2026
88
10:32 / 10 İyun 2026
64
10:30 / 10 İyun 2026
73
10:24 / 10 İyun 2026
89
10:18 / 10 İyun 2026
72
10:16 / 10 İyun 2026
69
10:08 / 10 İyun 2026
835
10:02 / 10 İyun 2026
121
09:58 / 10 İyun 2026
115
09:45 / 10 İyun 2026
70
09:43 / 10 İyun 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.