Əhalinin diqqətinə! Bu tarixdən havalar SƏRİNLƏŞİR
06 Avqust 2026, 21:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2252
28.05.2026, 21:07
Yaxın Şərqdə alovlanan geosiyasi gərginlik, Hörmüz boğazının bağlanma təhlükəsi və Rusiya - Ukrayna müharibəsinin may ayından etibarən daha da aktivləşməsi qlobal təchizat zəncirini və enerji bazarlarını ciddi sınaq qarşısında qoyub. Dünyada neft və neft məhsullarının qiyməti dalğalandığı bir vaxtda, Azərbaycan sürücülərini və cəmiyyəti bir sual düşündürür: Ölkəmizdə benzinin qiymətində yeni artım gözlənilirmi?
Mövzu ilə bağlı iqtisadi və enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev Oxu24.com-a açıqlamasında qlobal və regional mənzərəni təhlil edərək maraqlı məqamlara toxunub.
Ekspert qeyd edir ki, hazırda dünya enerji təhlükəsizliyi iki böyük cəbhədən təhdid edilir. Bir tərəfdən Yaxın Şərqin altı əsas ölkəsinin (BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, İran, İraq və Oman) gündəlik 19,5 milyon barrel xammal yüklənməsi olan emal gücləri risk altındadır. Digər tərəfdən isə Rusiya neft sənayesi ağır zərbələr alır:
“May ayından başlayaraq Rusiyanın 38 iri və orta neft emalı zavodu (NEZ) Ukrayna Silahlı Qüvvələrinin mütəmadi PUA zərbələrinə məruz qalıb. Nəticədə ölkədə gündəlik benzin istehsalı kəskin şəkildə – 100 min tondan 35-40 min tona qədər düşüb. Xüsusilə Mərkəzi Federal Dairədə yerləşən və ildə 83 milyon ton xam neft emal etmək gücü olan 10 aparıcı zavod fəaliyyətini demək olar ki, dayandırıb. Bu güclər Rusiyada benzin istehsalının 30%-ni, dizelin isə 25%-ni təmin edirdi".
Zəfər Vəliyev qeyd edir ki, Rusiyadakı bu iflic vəziyyəti qonşu dövlətlərdə, xüsusən də Rusiya yanacağından asılı olan Orta Asiya və Cənubi Qafqaz ölkələrində ciddi yanacaq qıtlığına və böhrana yol açacaq.
SOCAR hansı addımları atmalıdır?
Ekspert bildirir ki, regionda yaranan bu təhlükəli fon Azərbaycandan preventiv (qabaqlayıcı) tədbirlər görməyi tələb edir. Dövlət Neft Şirkəti (SOCAR) həm ölkə daxilində, həm də xaricdəki emal aktivlərini tam nəzarətə götürməlidir:
•Emal güclərinin gündəlik xammalla fasiləsiz təchizatı təmin olunmalı;
•Texnoloji qurğuların normal və qəzasız rejimdə işləməsi diqqətdə saxlanılmalı;
•Ölkənin daxili tələbatını sığortalamaq üçün məqsədli şəkildə neft məhsullarının (strateji ehtiyatların) yaradılması sürətləndirilməlidir.
Bəs Azərbaycanda qiymət artımı gözlənilirmi?
Dünya bazarında qiymətlərin yüksəlməsi və qonşu ölkələrdə yanacağın bahalaşması fonunda daxili bazarla bağlı ən çox verilən suala gəlincə, Zəfər Vəliyev yerli sürücüləri sakitləşdirəcək rəqəmlər və arqumentlər səsləndirib.
Ekspert xatırladıb ki, Azərbaycanda yanacaq bazarı iki fərqli mexanizmlə tənzimlənir:
1. Beynəlxalq bazara bağlı olanlar: Premium (Aİ-95), Super (Aİ-98) və Jet A1 (aviasiya yanacağı) kimi məhsulların qiyməti birbaşa xarici idxaldan və dünya birjasından asılıdır. Qlobal qiymət artımı bu növ yanacaqlara təsir edə bilər.
2. Dövlət tərəfindən tənzimlənənlər: Ölkədə ən çox istifadə olunan açıq rəngli neft məhsulları — Aİ-92 markalı benzin və dizel yanacağının (10 ppm ULSD) qiyməti isə birbaşa Tarif Şurası tərəfindən müəyyən edilir.
Ekspertin fikrincə, yaxın dövrdə daxili bazarda sosial sabitliyi qorumaq üçün kəskin addımlara ehtiyac yoxdur:
“Mövcud regional şərait və qlobal dalğalanmalar nəzərə alınsa da, yaxın dövrdə Azərbaycanda geniş kütlənin istifadə etdiyi Aİ-92 markalı benzinin və dizel yanacağının qiymətinin artırılması iqtisadi cəhətdən məqsədəuyğun deyil və belə bir addım gözlənilmir.
Qeyd edək ki, hazırda ölkədə daxili istehsal və SOCAR-ın emal gücləri yerli tələbatı tam ödəmək iqtidarındadır, bu isə Azərbaycanı regionda baş verən qəfil böhranlardan sığortalayan əsas amildir.
Çimnaz Telmanqızı
21:43 / 06 Avqust 2026
1
21:12 / 06 Avqust 2026
110
20:59 / 06 Avqust 2026
50
20:44 / 06 Avqust 2026
62
20:34 / 06 Avqust 2026
56
19:59 / 06 Avqust 2026
56
19:37 / 06 Avqust 2026
64
19:30 / 06 Avqust 2026
78
19:09 / 06 Avqust 2026
61
19:05 / 06 Avqust 2026
60
18:47 / 06 Avqust 2026
593
18:45 / 06 Avqust 2026
93
18:41 / 06 Avqust 2026
74
18:40 / 06 Avqust 2026
257
18:34 / 06 Avqust 2026
78
18:09 / 06 Avqust 2026
70
17:55 / 06 Avqust 2026
78
17:35 / 06 Avqust 2026
68
17:15 / 06 Avqust 2026
93
16:55 / 06 Avqust 2026
82
16:40 / 06 Avqust 2026
91
16:15 / 06 Avqust 2026
120
16:15 / 06 Avqust 2026
95
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.