Sahil Babayevdən AÇIQLAMA:2030-cu ilə hədəf ...
11 Noyabr 2026, 11:28
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
4246
28.05.2026, 00:21
Azərbaycanda müddətli həqiqi hərbi xidmətə çağırış qanunla məcburi olsa da, gələcəkdə müəyyən şərtlər daxilində ödəniş əsasında hərbi xidmətdən azadolma mexanizminin tətbiqi mümkün görünür. Türkiyə modelinə uyğun sistemin Azərbaycanda da tətbiqi yaxın illərdə gündəmə gələ bilər.
Oxu24.com xəbər verir ki, bu fikirləri Konkret.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov səsləndirib.
“Hazırkı qanunvericilikdə vətəndaşın pul ödəyərək hərbi xidmətə getməməsinə imkan verən hər hansı norma yoxdur. Lakin alternativ xidmət haqqında qanunun hələ də tam qəbul edilməməsi bu istiqamətdə yeni dəyişikliklərin mümkünlüyünü gündəmdə saxlayır”.
Ekspert bildirib ki, bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da müəyyən kriteriyalara cavab verən şəxslər üçün ödənişli hərbi xidmət və ya alternativ xidmət mexanizmi tətbiq ediləcək:
“Hazırda qanunvericilik buna imkan vermir. Amma gələcəkdə bu məsələyə baxılacaq. Böyük ehtimalla qardaş Türkiyədə, Gürcüstanda və digər ölkələrdə olduğu kimi onların təcrübəsinə əsasən belə metod tətbiq edilə bilər. Bunun üçün qanunvericilik uyğunlaşdırılmalıdır”.
Ü.Cəfərov qeyd edib ki, alternativ xidmət haqqında qanun uzun müddətdir müzakirə olunsa da, hələ yekunlaşdırılmayıb.
“Dini etiqadı, fiziki göstəriciləri və ya digər səbəblərlə hərbi xidmət keçə bilməyən şəxslər üçün alternativ mexanizm yaradılması həm dövlət, həm də vətəndaş baxımından faydalı olacaq.
Əgər hansısa vətəndaşın müəyyən səbəbdən hərbi xidmət keçmək imkanı yoxdursa, o şəxs müəyyən ödəniş etməklə dövlət qarşısındakı borcunu başqa formada yerinə yetirmiş sayılacaq”.
Hərbi ekspert əlavə edib ki, Azərbaycan Ordusunun türk modelinə uyğunlaşdırılması prosesi davam edir və bu istiqamətdə hüquqi dəyişikliklərin də gələcəkdə gündəmə gəlməsi mümkündür.
“Bu qanun yaxın gələcəkdə, bəlkə də bir neçə il ərzində qəbul oluna bilər. Amma burada əsas məsələ odur ki, hər kəs pul ödəyib hərbi xidmətdən yayına bilməyəcək. Bunun üçün konkret şərtlər və kriteriyalar müəyyən edilməlidir”, – deyə o, vurğulayıb.
11:34 / 11 Noyabr 2026
13
11:32 / 11 Noyabr 2026
77
11:28 / 11 Noyabr 2026
54
11:16 / 11 Noyabr 2026
201
11:13 / 11 Noyabr 2026
61
11:11 / 11 Noyabr 2026
79
11:06 / 11 Noyabr 2026
77
10:56 / 11 Noyabr 2026
244
10:51 / 11 Noyabr 2026
91
10:45 / 11 Noyabr 2026
91
10:33 / 11 Noyabr 2026
87
10:19 / 11 Noyabr 2026
91
10:13 / 11 Noyabr 2026
86
10:10 / 11 Noyabr 2026
88
10:10 / 11 Noyabr 2026
259
10:09 / 11 Noyabr 2026
147
09:56 / 11 Noyabr 2026
84
09:37 / 11 Noyabr 2026
881
09:35 / 11 Noyabr 2026
121
09:29 / 11 Noyabr 2026
95
09:25 / 11 Noyabr 2026
104
09:24 / 11 Noyabr 2026
89
09:22 / 11 Noyabr 2026
125
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.