Minimum əməkhaqqı ilə bağlı - Yenilik gözlənilir
11 Noyabr 2026, 11:49
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
600
27.05.2026, 18:26
Dünya bazarında enerji daşıyıcılarının qiymətində müşahidə olunan artım və region ölkələrində yanacağın bahalaşması Azərbaycanda da benzin qiymətlərinin artırılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Son aylarda beynəlxalq neft bazarındakı dalğalanmalar fonunda vətəndaşları maraqlandıran əsas sual isə budur: Azərbaycanda benzinin qiyməti yenidən artacaqmı?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli bildirib ki, dünya bazarında neft və enerji daşıyıcılarının bahalaşması, eləcə də region ölkələrində yanacaq qiymətlərinin artması Azərbaycanda da benzinin bahalaşacağı ilə bağlı gözləntiləri gücləndirir.
Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli: “İdxalın bu qədər artması xüsusən ciddi siqnaldır”
“Ölkədə yanacaq qiymətləri tam bazar prinsipləri ilə deyil, dövlət tərəfindən tənzimləndiyi üçün dünya bazarındakı dəyişikliklər daxili bazara birbaşa və dərhal təsir göstərmir.
Yaxın dövrdə kəskin qiymət artımı ehtimalı yüksək görünmür. Bunun əsas səbəblərindən biri Azərbaycanda Aİ-92 benzini və dizel yanacağının böyük hissəsinin yerli istehsal hesabına təmin olunmasıdır. Son aylarda benzin istehsalının artması da daxili bazarda müəyyən sabitlik formalaşdırır.
Bununla belə, son illərdə Azərbaycanda yanacaq qiymətlərinə bir neçə dəfə düzəliş edilməsi göstərir ki, hökumət zəruri hesab etdiyi halda mərhələli qiymət artımına gedə bilər”.
Ekspertin fikrincə, logistika xərclərinin yüksəlməsi, neft emalı və modernləşmə xərcləri, eləcə də büdcə və vergi siyasəti gələcəkdə qiymət artımını şərtləndirən əsas amillər sırasındadır.
Akif Nəsirli vurğulayıb ki, mövcud şəraitdə Azərbaycanda benzinin yenidən bahalaşması tam istisna olunmur. Lakin yaxın aylarda bunun kəskin şəkildə baş verməsi ehtimalı yüksək qiymətləndirilmir. Daha real ssenari kimi isə mərhələli və məhdud qiymət artımı göstərilir.
11:49 / 11 Noyabr 2026
1
11:43 / 11 Noyabr 2026
84
11:34 / 11 Noyabr 2026
41
11:32 / 11 Noyabr 2026
97
11:28 / 11 Noyabr 2026
90
11:16 / 11 Noyabr 2026
246
11:13 / 11 Noyabr 2026
67
11:11 / 11 Noyabr 2026
95
11:06 / 11 Noyabr 2026
82
10:56 / 11 Noyabr 2026
294
10:51 / 11 Noyabr 2026
98
10:45 / 11 Noyabr 2026
101
10:33 / 11 Noyabr 2026
93
10:19 / 11 Noyabr 2026
95
10:13 / 11 Noyabr 2026
95
10:10 / 11 Noyabr 2026
94
10:10 / 11 Noyabr 2026
269
10:09 / 11 Noyabr 2026
154
09:56 / 11 Noyabr 2026
88
09:37 / 11 Noyabr 2026
914
09:35 / 11 Noyabr 2026
126
09:29 / 11 Noyabr 2026
99
09:25 / 11 Noyabr 2026
106
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.