Bu ərazilərdə işıqlar sönəcək - ÜNVANLAR
31 İyul 2026, 01:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
519
27.05.2026, 17:16
Ukraynanın Dnepropetrovsk vilayətinin Piatixatki şəhərinin azərbaycanlı meri, 61 yaşlı Hilal İsayev bıçaqla silahlanmış şəxsin hücumuna məruz qalıb.
Oxu24.com Qaynarinfo-ya istinadla xəbər verir ki, viayət polisi ötən gün in10:40 radələrində naməlum şəxs məmura hücum edərək, ona bıçaqla xəsarət yetirdiyini bildirib.
Hilal İsayevi ağır vəziyyətdə xəstəxanaya çatdırıblar. İlkin məlumata görə, o, döş qəfəsindən yaralanıb. Hücum edən şəxs hadisə yerindən qaçıb.
Müstəntiqlər Ukrayna Cinayət Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsi və 115-ci maddəsinin 1-ci hissəsi üzrə - qəsdən adam öldürməyə cəhd faktı ilə cinayət işi açıblar.
"Suspilne Dnipro” nəşrinin Batkivşina Partiyasının vilayət təşkilatının informasiya-analitik şöbəsinin rəhbəri Vladimir Fedorova istinadən yaydığı məlumata görə, hücum edən şəxs İsayevin qəbul otağına gəlib. Tərəflər arasında mübahisə yaranıb və bundan sonra o, merə bıçaqla zərbə endirib.
"Bu şəxs vilayət şurasının deputatı olub. O, bizim ən güclü fəallarımızdan biridir. Şəhər üçün çox iş görüb və ümid edirəm ki, bundan sonra da belə olacaq. Hazırkı vəziyyəti ilə bağlı ətraflı məlumatım yoxdur. Həkimlər onun həyatını xilas etməyə çalışırlar. Hücum edən isə tanınmış fermerdir. Orada ümumiyyətlə anlaşılmaz vəziyyət yaranıb”, - deyə Fedorov bildirib.
Hücum edən şəxsin fermer olduğunu vilayət prokurorluğu da təsdiqləyib. Qurumun mətbuat xidmətinin məlumatına görə, münaqişə meriyanın binası yaxınlığında baş verib.
Hilal İsayev Azərbaycanın Lerik rayonunun Livədirqə kəndində anadan olub və Dnepr Dövlət Aqrar-İqtisad Universitetini bitirib. O, "Kaspi” özəl kənd təsərrüfatı müəssisəsinə rəhbərlik edib, 2015-ci ildə isə Batkivşina Prtiyasından Dnepropetrovsk Vilayət Şurasının deputatı seçilib. 2019-cu ildə həmin partiyadan Ali Radanın IX çağırışına namizədliyini irəli sürsə də, seçilə bilməyib.
09:02 / 31 İyul 2026
1
01:07 / 31 İyul 2026
88
01:00 / 31 İyul 2026
87
00:52 / 31 İyul 2026
90
23:57 / 30 İyul 2026
3433
23:56 / 30 İyul 2026
93
23:22 / 30 İyul 2026
206
22:58 / 30 İyul 2026
103
22:35 / 30 İyul 2026
89
22:27 / 30 İyul 2026
95
22:18 / 30 İyul 2026
157
21:05 / 30 İyul 2026
99
20:51 / 30 İyul 2026
108
20:21 / 30 İyul 2026
88
20:00 / 30 İyul 2026
95
19:30 / 30 İyul 2026
99
19:29 / 30 İyul 2026
110
19:18 / 30 İyul 2026
1137
19:12 / 30 İyul 2026
442
19:12 / 30 İyul 2026
102
19:07 / 30 İyul 2026
93
18:57 / 30 İyul 2026
913
18:22 / 30 İyul 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.