Azərbaycanda bu müavinət ARTIRILIR -RƏSMİ RƏQƏM
11 Noyabr 2026, 11:57
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
802
27.05.2026, 14:25
İyun ayına olan hava proqnozu açıqlanıb.
Oxu24.com Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, iyun ayı ilin ən uzun günləri ilə fərqlənir.
Bu ilin iyun ayında havanın orta aylıq temperaturun iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər yüksək olacağı gözlənilir.
Aylıq yağıntının miqdarının əsasən iqlim normasına yaxın, bəzi ərazilərdə isə bir qədər çox olacağı ehtimal olunur.
İyun ayının ilk günlərində bəzi rayonlarda arabir yağıntılı olacağı gözlənilir. Ayrı ayrı yerlərdə qısamüddətli intensivləşəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var.
Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 23-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə isə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (9-12 mm).
Naxçıvan şəhəri, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında havanın orta aylıq temperaturunun 23-26°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 24-29°C, bəzi günlərdə 34-39°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı 21-35 mm) gözlənilir.
Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Goranboy, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturu 18-22°C isti olacaq ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturunun 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 30-35°C isti olacağı gözlənilir. Aylıq yağıntının miqdarı iqlim normasına yaxın olacaq (63-130 mm).
Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonlarında havanın orta aylıq temperaturunun 19-23°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr havanın temperaturu 13-18°C, gündüzlər 20-25°C, bəzi günlərdə 28-33°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (38-86 mm).
Qazax, Gəncə, Ağstafa, Şəmkir, Tovuz, Tərtər və Füzuli rayonlarında havanın orta aylıq temperaturunun 22-25°C təşkil edəcəyi gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 18-23°C, gündüzlər 27-32°C, bəzi günlərdə 35-38°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (46-58 mm).
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında havanın orta aylıq temperaturunun 20-24°C olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 23-28°C, bəzi günlərdə 34-39°C isti, dağlarda isə gecə 4-9°C, gündüz 13-18°C isti, bəzi günlərdə 20-25 dərəcə isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (18-179 mm).
Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Mingəçevir, Beyləqan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Zərdab, Salyan və Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 25-28°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 19-24°C, gündüzlər 28-33°C, bəzi günlərdə 35-40°C isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı gözlənilir (norma 12-49 mm).
Masallı, Yardımlı, Lerik, Lənkəran, Biləsuvar, Astara və Cəlilabad rayonlarında havanın orta aylıq temperaturunun 21-25°C isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr havanın temperaturu 17-22°C, gündüzlər 27-32°C, bəzi günlərdə 34-38°C isti olacaq. Aylıq yağıntının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir (norma 29-47 mm).
11:57 / 11 Noyabr 2026
133
11:50 / 11 Noyabr 2026
48
11:49 / 11 Noyabr 2026
64
11:43 / 11 Noyabr 2026
274
11:34 / 11 Noyabr 2026
61
11:32 / 11 Noyabr 2026
115
11:28 / 11 Noyabr 2026
109
11:16 / 11 Noyabr 2026
289
11:13 / 11 Noyabr 2026
77
11:11 / 11 Noyabr 2026
108
11:06 / 11 Noyabr 2026
89
10:56 / 11 Noyabr 2026
362
10:51 / 11 Noyabr 2026
105
10:45 / 11 Noyabr 2026
107
10:33 / 11 Noyabr 2026
99
10:19 / 11 Noyabr 2026
99
10:13 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
98
10:10 / 11 Noyabr 2026
280
10:09 / 11 Noyabr 2026
162
09:56 / 11 Noyabr 2026
91
09:37 / 11 Noyabr 2026
950
09:35 / 11 Noyabr 2026
134
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.