Birbank Taksit kartı ilə noyabr alış-verişlərinə əlavə 5% bonus
11 Noyabr 2026, 16:01
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
551
21.05.2026, 10:19
"Azərbaycanda mənzil maliyyələşməsi fondunun aktivləri 2 milyard dolları ötüb".
Oxu24.com xəbər verir ki, bunu WUF13 çərçivəsində keçirilən "Mənzil Maliyyələşdirməsi üçün Yeni Bir Saziş" sessiyasında Azərbaycanın maliyyə nazirinin birinci müavini Anar Kərimov deyib.
O bildirib ki, Azərbaycanın mənzil maliyyələşməsi modeli dövlət dəstəyi ilə kapital bazarı maliyyəsini birləşdirir.
Anar Kərimov qeyd edib ki, hazırda Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun idarə etdiyi aktivlərin həcmi 2 milyard ABŞ dollarını ötür. Onun sözlərinə görə, model çərçivəsində bir tərəfdən həssas qruplar üçün güzəştli ipoteka kreditləri təqdim olunur, digər tərəfdən isə daxili kapital bazarında istiqraz emissiyası həyata keçirilir.
Maliyyə nazirinin birinci müavini vurğulayıb ki, güzəştli mənzil proqramları qaçqınlar, məcburi köçkünlər, hərbi qulluqçular, müəllimlər və şəhid ailələri üçün nəzərdə tutulub.
Anar Kərimov bildirib ki, mənzil sektorunda rəqəmsallaşma da əsas prioritetlərdəndir və müraciət, yoxlama və təsdiq prosesləri tam elektronlaşdırılıb.
O qeyd edib ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində həyata keçirilən “Böyük Qayıdış” proqramı çərçivəsində 2020-ci ildən bəri yenidənqurma və məskunlaşma məqsədilə 10 milyard ABŞ dollarından çox vəsait ayrılıb.
16:04 / 11 Noyabr 2026
1
16:01 / 11 Noyabr 2026
21
16:00 / 11 Noyabr 2026
23
15:50 / 11 Noyabr 2026
46
15:50 / 11 Noyabr 2026
43
15:40 / 11 Noyabr 2026
46
15:31 / 11 Noyabr 2026
168
15:27 / 11 Noyabr 2026
352
15:13 / 11 Noyabr 2026
95
15:07 / 11 Noyabr 2026
108
14:51 / 11 Noyabr 2026
106
14:43 / 11 Noyabr 2026
157
14:39 / 11 Noyabr 2026
159
14:36 / 11 Noyabr 2026
98
14:26 / 11 Noyabr 2026
234
14:13 / 11 Noyabr 2026
736
13:58 / 11 Noyabr 2026
282
13:54 / 11 Noyabr 2026
547
13:48 / 11 Noyabr 2026
155
13:44 / 11 Noyabr 2026
223
13:41 / 11 Noyabr 2026
115
13:33 / 11 Noyabr 2026
278
13:27 / 11 Noyabr 2026
182
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.