“AzParking” sürücülərə müraciət etdi
11 Noyabr 2026, 16:07
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
618
20.05.2026, 15:51
Astanada Qızıl Orda sivilizasiyasına həsr olunmuş beynəlxalq simpozium keçirilir: Nadir arxiv sənədləri və artefaktlar ilk dəfə tək məkanda
19 May 2026-cı il tarixində, UNESCO-nun himayəsi altında Astanada "Qızıl Orda Çöl Sivilizasiyasının Modeli Kimi: Tarix, Arxeologiya, Mədəniyyət və Kimlik" Beynəlxalq Simpoziumunun açılış mərasimi keçirilib. Simpozium çərçivəsində. Qızıl Orda tarixinə aid nadir arxeoloji artefaktları, əlyazmaları və beynəlxalq arxiv sənədlərini ilk dəfə vahid məkanda toplayan sərgi açılıb.
Tədbirin rəsmi açılış mərasimində Qazaxıstan Respublikasının Prezidenti Zati-aliləri Kasım-Jomart Tokayev salamlama nitqi ilə çıxış edib. Tədbir iştirakçılarını və beynəlxalq təşkilatların nümayəndələrini salamlayan Qazaxıstanın Dövlət Başçısı, Qızıl Ordanın Şərqlə Qərbi birləşdirən böyük bir siyasi quruluş və danılmaz tarixi fakt olduğunu vurğulayaraq, bu irsin dərindən öyrənilməsinin aktuallığını heç vaxt itirməyəcəyini qeyd edib. Prezident, həmçinin Qazaxıstanın təşəbbüslərini dəstəklədiyinə görə UNESCO rəhbərliyinə minnətdarlığını bildirib.
Qazaxıstan Prezidenti həmçinin əminliyini bildirib ki, hazırkı unikal simpoziumun keçirilməsi ümumdünya tarixi-mədəni irsinin sistemli şəkildə öyrənilməsinə yeni təkan verəcək. Bu ali məqsədə çatmaqda iştirak edən alim və ekspertlərin mühüm töhfəsini xüsusi vurğulayıb.
Fəxri spikerlər arasında – UNESCO-nun Dünya İrs Mərkəzinin direktoru Lazar Elundu Assomo; Qırğız Respublikasının Dövlət katibi Arslan Koyçiyev; Tatarıstan Respublikasının mədəniyyət naziri İrada Ayupova; “La France s’engage” Fondunun prezidenti Odre Azule; Monqolustan Elmlər Akademiyasının prezidenti Demberel Sodnosambuu; Özbəkistan Respublikası Elmlər Akademiyasının prezidenti Şavkat Ayupov yer alıblar.
Simpozium çərçivəsində keçirilən “Qızıl Ordanın maddi-mənəvi mədəni irsi: artefaktlar, yazılı və şifahi mənbələr, İpək Yolu boyu qarşılıqlı əlaqələr” adlı ikinci hissəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova geniş məruzə ilə çıxış edib.
16:07 / 11 Noyabr 2026
50
16:04 / 11 Noyabr 2026
92
16:01 / 11 Noyabr 2026
73
16:00 / 11 Noyabr 2026
49
15:50 / 11 Noyabr 2026
64
15:50 / 11 Noyabr 2026
60
15:40 / 11 Noyabr 2026
63
15:31 / 11 Noyabr 2026
257
15:27 / 11 Noyabr 2026
483
15:13 / 11 Noyabr 2026
101
15:07 / 11 Noyabr 2026
149
14:51 / 11 Noyabr 2026
111
14:43 / 11 Noyabr 2026
170
14:39 / 11 Noyabr 2026
182
14:36 / 11 Noyabr 2026
106
14:26 / 11 Noyabr 2026
269
14:13 / 11 Noyabr 2026
804
13:58 / 11 Noyabr 2026
292
13:54 / 11 Noyabr 2026
570
13:48 / 11 Noyabr 2026
158
13:44 / 11 Noyabr 2026
231
13:41 / 11 Noyabr 2026
122
13:33 / 11 Noyabr 2026
294
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.