TƏCİLİ! Nazir bu xəbərlərin yalan olduğunu rəsmən AÇIQLADI
10 İyun 2026, 12:00
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
1281
20.05.2026, 14:40
Azərbaycanda əmək stajı və sosial sığorta ödənişləri olmayan şəxslərin gələcəkdə pensiya almaq hüququnun məhdudlaşdırılması ilə bağlı müzakirələr cəmiyyətdə narahatlıq yaradıb. Ekspertlər hesab edir ki, qeyri-rəsmi məşğulluq, sığortasız iş fəaliyyəti və maaşların real məbləğdən aşağı göstərilməsi gələcəkdə minlərlə vətəndaşın pensiya təminatına ciddi təsir göstərəcək.
Bəs sosial sığorta kapitalı olmayan şəxslər tamamilə pensiyasız qala bilərmi?
Oxu24.com xəbər verir ki,mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Günay Hüseynova bildirib ki, hazırda səsləndirilən fikirlər iş stajı və ya pensiya kapitalı olmayan şəxslərin gələcəkdə pensiya almaq hüququnu itirə biləcəyini göstərir.
Ekspertin sözlərinə görə, vətəndaşın tamamilə çıxılmaz vəziyyətdə qalması isə Konstitusiyaya zidd hesab olunur:
“Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, vətəndaşlara layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu baxımdan vətəndaşın sosial-iqtisadi hüquqlardan tam məhrum edilməsi əsaslı sayıla bilməz”.
Günay Hüseynova vurğulayıb ki, bu yanaşma qanunvericiliyin tələblərinin pozulmasına haqq qazandırmır:
“Bu o demək deyil ki, insanlar bu gün qanunvericiliyin tələblərinə əməl etməsin, gələcəkdə isə pensiya tələb etsin. Hazırda bir çox iş yerlərində yüksək maaş alan şəxslərin əməkhaqqı sistemdə minimum əməkhaqqı kimi göstərilir, bəzi hallarda isə özəl sektorda gəlirlər vergidən yayınır və ya işçilər sığortasız çalışdırılır. Bütün bunlar gələcək pensiya təminatına birbaşa təsir göstərir”.
Ekspert əlavə edib ki, gələcəkdə pensiya hüququ formalaşmayan şəxslərə dövlət tərəfindən sosial yardım mexanizmləri tətbiq oluna bilər:
“Əgər vətəndaşa pensiya təyin olunmasa, bu halda sosial yardım formasında dəstək göstərilməsi mümkündür.
Qeyri-rəsmi məşğulluğun azaldılması, əmək münasibətlərinin tam rəsmiləşdirilməsi və sosial sığorta ödənişlərinin artırılması gələcəkdə pensiya təminatında yaranacaq risklərin qarşısını almaq üçün əsas şərtlərdən biridir”.
12:00 / 10 İyun 2026
4
11:52 / 10 İyun 2026
19
11:47 / 10 İyun 2026
51
11:41 / 10 İyun 2026
58
11:36 / 10 İyun 2026
52
11:32 / 10 İyun 2026
64
11:21 / 10 İyun 2026
64
11:13 / 10 İyun 2026
83
11:06 / 10 İyun 2026
399
11:01 / 10 İyun 2026
58
10:53 / 10 İyun 2026
57
10:50 / 10 İyun 2026
113
10:34 / 10 İyun 2026
88
10:32 / 10 İyun 2026
64
10:30 / 10 İyun 2026
73
10:24 / 10 İyun 2026
89
10:18 / 10 İyun 2026
72
10:16 / 10 İyun 2026
69
10:08 / 10 İyun 2026
835
10:02 / 10 İyun 2026
121
09:58 / 10 İyun 2026
115
09:45 / 10 İyun 2026
70
09:43 / 10 İyun 2026
63
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.