Azərbaycan əlifbası və Azərbaycan dili gününün tarixi əhəmiyyəti
31 İyul 2026, 13:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
559
20.05.2026, 10:11
Son günlər Bakıda və Abşeron yarımadasında güclü və davamlı yağışların artması diqqət çəkir. May ayında belə intensiv yağıntılar artıq şəhər üçün yeni reallığa çevrilir. Hətta artıq paytaxtı Londonla müqayisə edənlər də var. Belə ki, orada il boyu davamlı yağışlar müşahidə edilir, bu isə şəhər həyatının və infrastrukturun iqlimə uyğun qurulmasını şərtləndirir. Hazırda Bakı üçün də oxşar uyğunlaşma zərurəti gündəmə gəlib.
Şəhər təsərrüfatı, aidiyyəti qurumlar buna necə hazırlaşmalıdır? Üstəlik yeni tikilən yaşayış massivlərində bu amil necə nəzərə alınacaq?
Oxu24.com xəbər verir ki,Globalinfo.az-a danışan tanınmış memar, professor Cahid Həsənov bildirib ki, yağıntıların artması və iqlim dəyişiklikləri mövcud infrastrukturun tam hazır olmadığını göstərir:
“Artıq Bakıda kanalizasiya sisteminin tam yenidən qurulmasına dair dövlət səviyyəsində qərar verilib, bunun üçün böyük maliyyə vəsaiti ayrılıb. Hazırda proses başlanıb və tamamlanana qədər belə hallarla üzləşmək mümkün olacaq.
Paytaxtın mövcud kanalizasiya sistemi illər əvvəl təxminən 1–1,5 milyon nəfərlik yük üçün hesablanmışdı. Halbuki indi əhali sayı və şəhər yüklənməsi dəfələrlə artıb. İctimai iaşə obyektlərinin çoxalması və urbanizasiya da bu sistemi əlavə təzyiq altında saxlayır. Eyni zamanda, mövcud infrastrukturun böyük hissəsi istismar müddətini başa vurub. Onlar vaxtilə Sovet dövründə tətbiq olunan köhnə texnologiyalarla inşa edilib”.
Ekspert bildirib ki, qeyd edilən səbəblərə görə sistemin yenilənməsi uzunmüddətli prosesdir:
“2–3 ayda tamamlanması mümkün olan işlər deyil. Bunlar mərhələli şəkildə həyata keçiriləcək. Müvəqqəti həll kimi isə ən çox sel və su basqını riski olan ərazilərdə əvvəlcədən suötürücü qurğuların quraşdırılması vacibdir. Yeni sistem tam qurulana qədər bu tədbirlər mövcud fəsadların azaldılmasına kömək edə bilər”.
14:12 / 31 İyul 2026
19
13:53 / 31 İyul 2026
41
13:35 / 31 İyul 2026
45
13:25 / 31 İyul 2026
60
13:12 / 31 İyul 2026
69
13:07 / 31 İyul 2026
59
13:01 / 31 İyul 2026
63
12:55 / 31 İyul 2026
74
12:52 / 31 İyul 2026
66
12:50 / 31 İyul 2026
83
12:47 / 31 İyul 2026
71
12:40 / 31 İyul 2026
71
12:38 / 31 İyul 2026
386
12:20 / 31 İyul 2026
85
12:18 / 31 İyul 2026
307
12:12 / 31 İyul 2026
132
11:59 / 31 İyul 2026
66
11:58 / 31 İyul 2026
164
11:46 / 31 İyul 2026
414
11:45 / 31 İyul 2026
69
11:33 / 31 İyul 2026
935
11:26 / 31 İyul 2026
82
11:24 / 31 İyul 2026
234
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.