Azərbaycan Vyetnamla investisiya əməkdaşlığını müzakirə edib
11 Noyabr 2026, 16:35
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
2472
20.05.2026, 10:09
Azərbaycanda ortaaylıq əməkhaqqı məbləği 1 151 manata çatıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin ilk rübündə ortaaylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 6.2 faiz artıb.
Oxu24.com xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov sosial şəbəkə hesabında paylaşım edib.
Azərbaycanda ən çox maaşı hansı sahədə işləyənlər alırlar?
Deputat bildirib ki, həmin dövrdə əmək müqaviləsi ilə çalışan işçilərin sayı 1 milyon 797 min nəfər olub, onlardan 869 mini dövlət sektorunda, 928 mini isə özəl sektorda fəaliyyət göstərir:
"Ortaaylıq əməkhaqqı məbləğində diqqətçəkən məqamlardan biri sektorlar üzrə fərqdir. Belə ki, ən yüksək əməkhaqqı mədənçıxarma sənayesindədir. Bu sektorda çalışanların ortaaylıq əməkhaqqı məbləği 4 581 manatdır. Yəni, neft və qaz sektorunda çalışanlar ölkə üzrə ortaaylıq əməkhaqqı məbləği ilə müqayisədə 4 dəfə çox maaş alırlar. Maliyyə və sığorta sektorunda ortaaylıq əməkhaqqı 2 814 manatdır. Bank sektorunda çalışanlar ölkədə ikinci ən yüksək əməkhaqqı alanlardır. Bütövlükdə, iqtisadiyyatın 9 sektorunda çalışanlara ölkə üzrə ortaaylıq maaş məbləği ilə müqayisədə daha çox əməkhaqqı təklif edilir".
"İqtisadiyyatın 10 sektorunda çalışanların ortaaylıq əməkhaqqı məbləğləri isə ölkə üzrə göstəricidən aşağıdır. Ən aşağı ortaaylıq əməkhaqqı kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda qeydə alınıb: 720 manat. Ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə çalışanların ortaaylıq maaşları da aqrar sektorda çalışanların əməkhaqqılarına yaxındır: 768 manat. Ortaaylıq əməkhaqqı məbləği təhsildə 824, elm sənayesində isə 1 048 manatdır.
Ortaaylıq əməkhaqqı göstəricilərinin sektoral təhlili maaş artımlarının diferensiallaşdırılması baxımdan vacibdir. Xüsusən də, yalnız dövlət qulluqçularının deyil, bütövlükdə dövlət sektorunda maaş məbləğlərinin optimallaşdırılması prioritet olaraq qalmaqdadır", - V.Bayramov qeyd edib.
16:35 / 11 Noyabr 2026
46
16:07 / 11 Noyabr 2026
82
16:04 / 11 Noyabr 2026
151
16:01 / 11 Noyabr 2026
85
16:00 / 11 Noyabr 2026
61
15:50 / 11 Noyabr 2026
75
15:50 / 11 Noyabr 2026
85
15:40 / 11 Noyabr 2026
71
15:31 / 11 Noyabr 2026
343
15:27 / 11 Noyabr 2026
564
15:13 / 11 Noyabr 2026
109
15:07 / 11 Noyabr 2026
160
14:51 / 11 Noyabr 2026
117
14:43 / 11 Noyabr 2026
180
14:39 / 11 Noyabr 2026
214
14:36 / 11 Noyabr 2026
115
14:26 / 11 Noyabr 2026
288
14:13 / 11 Noyabr 2026
860
13:58 / 11 Noyabr 2026
306
13:54 / 11 Noyabr 2026
600
13:48 / 11 Noyabr 2026
172
13:44 / 11 Noyabr 2026
259
13:41 / 11 Noyabr 2026
143
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.