Qaynar xətt:

(+99450) 247 90 86

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - FOTO

Anar Bayramov keçmiş köməkçisinə TƏBİB-də vəzifə verdi - FOTO

CƏMİYYƏT

67

05.05.2026, 12:26

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində yeni təyinat olub.

Oxu24.com xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Anar Bayramov əmr imzalayıb.

Əmrə əsasən, Gülməmmədov Sahib Azər oğlu TƏBİB Katibliyinin rəhbəri təyin edilib.

S.Gülməmmədov bu vəzifəyədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin köməkçisi idi.

Qeyd edək ki, Sahib Gülməmmədov 2023-cü ildə Anar Bayramov Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədri olduğu zaman köməkçi təyin edilmişdi./unikal/