Qaynar xətt:

(+99450) 247 90 86

Bakı-Qazax yolunda ağır qəza: SÜRÜCÜ HƏYATINI İTİRDİ

Bakı-Qazax yolunda ağır qəza: SÜRÜCÜ HƏYATINI İTİRDİ

CƏMİYYƏT

76

05.05.2026, 12:02

Yevlax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu24.com  oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı videogörüntü yayımlanıb. Qeyd olunub ki, hadisə nəticəsində bir nəfər həyatını itirib.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) fakt təsdiqlənib.

Qeyd olunub ki, sözügedən yol-nəqliyyat hadisəsi mayın 4-də saat 11 radələrində Bakı-Qazax avtomobil yolunun 58-ci kilometrliyində, Yenicə kəndi ərazisində baş verib.

"Belə ki, Ağdaş şəhər sakini, 1976-cı il təvəllüdlü Qürbət Fikrət oğlu Pirverdiyevin idarə etdiyi "Mercedes" markalı, 99-KL-835 dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhər sakini, 1990-cı il təvəllüdlü Heydər Vahid oğlu Hüseygilin idarə etdiyi "Ford" markalı, 99-KE-282 dövlət qeydiyyat nişanlı avtomobil toqquşub.

Qəza nəticəsində Heydər Hüseygil hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilir.