TƏCİLİ! Tehranda güclü PARTLAYIŞLAR
23 Aprel 2026, 23:43
Qaynar xətt:
(+99450) 247 90 86
CƏMİYYƏT
133
23.04.2026, 20:26
Xarici ölkələrə avtomobillə yollanan 131 min nəfərin kimliyi məlum olandan sonra bütün suallara nöqtə qoyuldu. Dövlət Statistika Komitəsinin son hesabatında yer alan rəqəmlər quru sərhədlərinin açılması ilə bağlı ümidləri yenidən alovlandırsa da, qurumun izahatı vəziyyəti tamamilə dəyişdi.
Oxu24.com Demokrat.az-a istinadla xəbər verir ki, bu ilin yanvar-mart ayları ərzində Azərbaycandan xaricə gedənlərin sayı 452,6 min nəfər təşkil edib. Səfər edənlərin 29 faizinin, yəni təxminən 131 min nəfərin dəmir yolu və avtomobil nəqliyyatından istifadə etməsi ictimaiyyətdə ciddi suallar doğurub. Quru sərhədlərinin bağlı qaldığı bir vaxtda bu qədər insanın ölkəni necə tərk etdiyi maraq mövzusuna çevrilib.
Məsələ ilə bağlı globalinfo.az rəsmi mövqe öyrənib. Məlum olub ki, bu göstəricilər kütləvi gediş-gəlişi deyil, xüsusi təyinatlı səfərləri əks etdirir. Dövlət Statistika Komitəsi bildirib ki, statistikada qeyd olunan həmin şəxslər ixrac yüklərini daşıyan nəqliyyat vasitələrinin sürücüləri və həmin yükləri rəsmi şəkildə müşayiət edən şəxslərdir. Beləliklə, avtomobillə xaricə çıxanların böyük əksəriyyəti beynəlxalq yükdaşımalarla məşğul olan peşəkarlardır.
Yəni, quru sərhədlərinin bağlı olmasına baxmayaraq, xaricə avtomobillə gedənlər kimi təqdim edilən minlərlə şəxs sadəcə yük daşıyan böyük maşınların sürücüləri və onlara kömək edən işçilərdir.
Həmçinin oxuyun
23:43 / 23 Aprel 2026
1
23:30 / 23 Aprel 2026
40
23:16 / 23 Aprel 2026
41
22:57 / 23 Aprel 2026
43
22:45 / 23 Aprel 2026
51
22:34 / 23 Aprel 2026
43
22:14 / 23 Aprel 2026
489
22:09 / 23 Aprel 2026
67
22:03 / 23 Aprel 2026
46
21:58 / 23 Aprel 2026
44
21:55 / 23 Aprel 2026
40
21:53 / 23 Aprel 2026
116
21:51 / 23 Aprel 2026
213
21:45 / 23 Aprel 2026
76
21:39 / 23 Aprel 2026
69
21:37 / 23 Aprel 2026
790
21:27 / 23 Aprel 2026
191
21:16 / 23 Aprel 2026
206
21:00 / 23 Aprel 2026
231
20:34 / 23 Aprel 2026
211
20:00 / 23 Aprel 2026
100
19:49 / 23 Aprel 2026
84
19:33 / 23 Aprel 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.