Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! Vilayət Eyvazovdan tapşırıq 

TƏCİLİ! Vilayət Eyvazovdan tapşırıq 

CƏMİYYƏT

111

21.04.2026, 18:38

Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini tapşırıb.

Oxu24.com xəbər verir ki, bununla bağlı məsələ aprelin 21-də Daxili İşlər Nazirliyində onlayn formatda keçirilən kollegiya iclasında müzakirə olunub.

İclasa yekun vuran daxili işlər naziri V.Eyvazov gündəlikdəki məsələlər üzrə görülən işlərin bütövlükdə qənaətbəxş olduğunu, bəzi ərazi orqanlarının fəaliyyətində müəyyən nöqsan və çatışmazlıqların mövcudluğunu qeyd edərək onların aradan qaldırılması üçün müvafiq tədbirlərin görülməsini, xüsusən yetkinlik yaşına çatmayanların hüquqazidd əməllərdən çəkindirilməsi üçün profilaktik işin gücləndirilməsini, onların sosial şəbəkələrin zərərli təsirlərindən qorunması məqsədilə aidiyyəti dövlət qurumları və vətəndaş cəmiyyəti institutları ilə birgə maarifləndirmə tədbirlərinin daha məqsədyönlü davam etdirilməsini tələb edib. Eyni zamanda, əməliyyat-xidməti fəaliyyətin bir sıra vacib istiqamətləri və aktual məsələləri üzrə konkret tapşırıq və tövsiyələrini verib.